“Yürüdülən siyasətin mərkəzində xalqın rifahı dayanır” Siyasət

“Yürüdülən siyasətin mərkəzində xalqın rifahı dayanır”

Musa Quliyev: “Bu il də bizim üçün çox uğurlu olacaq”

“Yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə tarixi müşavirə idi. Cənab prezident ötən ili Azərbaycan dərin islahatlar ili kimi qiymətləndirdi, söylədi ki, 2019-cu il iqtisadi, sosial, hüquqi, struktur, kadr sahəsində çox dərin islahatlar gedib, biz yeni, modern, inkişaf etmiş Azərbaycanın quruculuğu dövrünü yaşayırıq. Bu islahatlar içərisində ölkə başçısı sosial sahədə aparılan islahatlara xüsusi önəm verdi”. Bunu Milli Məclisin V çağırış deputatı Musa Quliyev deyib. Musa Quliyevin sözlərinə görə, ötən ilin 30-a yaxın fərman və sərəncamlar nəticəsində birbaşa əhalinin 43 faizinin həyat şəraiti yaxşılaşıb: “Əmək haqqı, pensiyalar artdı, ünvanlı sosial yardım verilən insanların kateqoriyası genişləndi, yeni sosial müavinət növləri yarandı, eyni zamanda aktiv sosial müdafiə islahatları ilə yanaşı, xüsusilə özünəməşğulluq tədbirləri, ictimai işlərin daha da genişləndirilməsi şəklində passiv sosial müdafiə islahatları da çoxaldı. Elan olundu ki, əmək münasibətlərinin leqallaşması, hüquqi müstəviyə keçirilməsi, kölgə iqtisadiyyatnın məhdudlaşdırılması sahəsində çox ciddi işlər görülüb. Cənab prezident diqqətə çatdırdı ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının sosial rifahı dayanır. Ən əsası dövlət başçısı müşavirədəki nitqinin sonunda Ermənistanın Baş naziri Paşinyanın hədyanlarına çox tutarlı cavab verdi. Faktlarla, rəqəmlərlə Azərbaycanın nəinki Ermənistandan üstünlüyünü, MDB- məkanında bir çox parametrlərə görə lider mövqedə olduğunu həm Azərbaycan, həm də dünya ictimaiyyətinə bəyan etmiş oldu.
Vurğuladı ki, biz bu götəriciləri özümüzü kiminləsə müqayisə etmək üçün söyləmirik, əsas işimiz Azərbaycan xalqına xidmt etmək və Azərbaycanı qüdrətli dövlət kimi görməkdir. İnşallah bu islahatlar bu il də davam edəcək. Prezident bunun anonsunu verdi ki, pensiyalar artacaq, iqtisadi sahədə əldə etdiyimiz uğurlar sosial sahənin də inkişafına təkan verəcək”.
Onun sözlərinə görə, ən mühüm islahatlar sırasında tibb sahəsində islahtalara start verilir, icbari tibbi sığortanın tətbiqinə başlanılır:
“Artıq 20 rayonda icbari tibbi sığorta tətbiq edilir və uğurlu nəticələr barədə məlumatlar gəlməkdədir. Bu da Azərbaycan vətəndaşlarının həm sağlamlıq vəziyyətinin yüksəlməsinə, həm də tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə, onlara əlçatanlığın artmasına gətirib çıxaracaq. Bir sözlə, cənab prezidentin müşavirədə verdiyi tapşırıqlar, bir daha onu göstərir ki, yürüdülən siyasətin mərkəzində xalqın rifah halı dayanır, bu il də bizim üçün çox uğurlu olacaq”.
mətbuat konfransı keçirib