28 Yanvar 2020 11:26
2 758
Əslən Azərbaycandan olan yəhudilər kimi bizim üçün bu ölkədə baş verən proseslər mühüm əhəmiyyət kəsb edir.
Trend-in məlumatına görə, bunu secki-2020.az saytına açıqlamasında “Əslən Azərbaycandan olan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzi” və “İsraildə Azərbaycan evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli deyib.
O bildirib ki, Azərbaycan daim güclənən və inkişaf edən ölkədir: "Biz ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək. Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi, hər zaman olduğu kimi, bütün tərəfdaş və dost dövlətlərlə, o cümlədən İsraillə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi çox önəmlidir".
Şirin Nexamiya Mixaeli yeni formalaşacaq parlamentin Azərbaycanın inkişafının daha da sürətlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
19:18
686
18:11
693
17:28
749