BAXCP Qubad İbadoğlunun ittihamlarına cavab verdi Siyasət

BAXCP Qubad İbadoğlunun ittihamlarına cavab verdi

Qubad İbadoğlunun iddiasına görə fevralın 9-da Parlament seçkiləri günü BAXCP nümayəndəsi Lənkəranda onun qızının döyülməsini təşkil edib. İbadoğlunun iddiası ilə bağlı sosial şəbəkədə açıqlama yayan BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, Qubad İbadoğlunun iddiası cəfəngiyyatdır və BAXCP-yə qarşı böhtandır:

”Qubad İbadoğlu facebook səhifəsində seçkiləri lənətləyib və qeyd edib ki, Lənkəranda BAXCP nümayəndəsi guya onun qızının döyülməsini təşkil edib. Əvvəla qeyd edim ki , BAXCP olaraq hər cür zorakılığı qətiyyətlə qınayiriq xüsusilə gənc qıza qarşı. Amma qız da gərək qanuni tələblərə əməl edə və qanuni göstərişlərə tabe ola! İkincisi, soruşulmalıdır ki, niyə Qubad bəyin qızı əmisi Vüqar Bayramovun namizəd olduğu Fizulidə yox Lənkəranda müşahidə aparmaq fikrinə düşüb?! Və Qubad bəyin lənətlədiyi bu seçkilərdə qardaşı necə mandat qazanıb? Yoxsa o da başqaları kimi durub deyəcək ki, qardaşım ədalətli qaydada seçkini udub,a mma başqaları saxtakarlıqla. Ona görə də danışanda məsuliyyətli olsa yaxşıdır. İkincisi video lentdən görsənir ki, BAXCP tərəfindən DSK-ya namizədliyi irəli sürülmüş Mübariz bəy sadəcə qızdan hansı statusla çəkiliş apardığını soruşur və qanunu ona izah edir. Belə görsənir ki, Qubad bəy də Sevinc Osmanqızına xoş gəlmək üçün Cəmil Həsənli ilə yarışa girib yeri gəldi gəlmədi BAXCP-yə hücum edir. Bundan başqa o hüquq mühavizə orqanlarına müraciət edib ,əgər Mübariz bəy həqiqətən qanunu pozubsa deməli cəzasını alacaq...”