MSK-nın iclası başladı: İlk ləğv qərarı - Hamı təəccüb etdi Siyasət

MSK-nın iclası başladı: İlk ləğv qərarı - Hamı təəccüb etdi

Bu dəqiqələrdə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.
İclasa MSK sədri Məzahir Pənahov sədrlik edir.
İclasda ilk olaraq 31 yanvar və 1 fevral tarixli iclas protokolları təsdiqlənəcək.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılacaq.
Daha sonra Milli Məclisə keçirilmiş seçkilərlə bağlı daxil olmuş şikayətlər nəzərdən keçiriləcək.
İclasda seçkiləri müşahidə etmək üçün Azərbaycanda olan Beynəlxalq Seçki Müşahidə Missiyasının üzvləri də iştirak edirlər.
***
Mərkəzi Seçki Komissiyasının iclası 16:15-də başlayıb.
ATƏT DTİHB-in müraciəti barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verir.
O qeyd edib ki, ATƏT DTİHB-in müşahidə missiyasının rəhbəri, səfir Piter Tecler müşahidə missiyasının üzvü, Türkiyənin Giresun Universitetinin sabiq rektoru Aygün Attarın akkreditasiyasının ləğv edilməsini xahiş edib.
R.Qasımov bu halın ilk dəfə baş verdiyini bildirib. Deyib ki, müraciət təmin edilməli və Aygün Attarın müşahidəçilik üçün verilən akkreditasiya lövhəciyi ləğv edilməlidir.
O, bununla bağlı hazırlanmış qərarı oxuyub.
MSK üzvü Bəxşeyiş Əsgərov Aygün Attarı tanıdığını bildirib. Bu, halın baş verməsinə təəccübləndiyini bildirib və baş verməsinin səbəblərini soruşub.
Söz iclasda iştirak edən ATƏT DTİHB nümayəndəsinə verilib. Müşahidə misiyasının üzvü olan xanım bu qərarın müşahidə missiyasınıın rəhbəri, səfir Piter Tecler tərəfindən verildiyini bildirib. Deyib ki, bu barədə suala ən yaxşı cavab verə biləcək şəxs də elə müşahidə missiyası rəhbərinin özüdür.
Yenidən sual verildikdə isə xanım müşahidəçi bildirib ki, buna səbə ATƏT DTİHB-nin davranış qaydalarının pozulmasıdır.