Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki

“Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki Siyasət

“Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki

Sədaqət Vəliyeva:”Dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib”

Aydın Mirzəzadə: “Bununla türk dövlətləri bütün çətin vəziyyətlərdə birgə olduqlarını nümayiş etdiriblər”

Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü əlamətdar hadisə kimi yadda qaldı. Toplantıda bir sıra vacib məsələlər, eyni zamanda, dünyanın gündəmini zəbt edən pandemiya da müzakirə olundu. Prezident Ilham Əliyev geniş, əhatəli çıxış etdi, bir çox məsələlərə toxundu.
Millət vəkili Sədaqət Vəliyeva deyib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə Azərbaycan dünyada təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylər göstərir.
Sədaqət Vəliyevanın sözlərinə görə, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib: “Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürü oldu. Əlbəttə ki, Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsidir. Eyni zamanda, Türk Şurasına üzv ölkələrinin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir”.
“Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb” – deyən Sədaqət Vəliyeva vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə sahəsində Azərbaycanda görülmüş işlərə yüksək qiymət verib: “Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesinin mərhələli şəkildə dayandırılması, bütün kütləvi tədbirlərin təxirə salınması və ya ləğv edilməsi, xüsusi karantin rejiminin tətbiqi, ölkədə hərəkət məhdudiyyətinin olunması və digər tədbirlər ÜST tərəfindən yüksək qiymətləndirilib”.
Deputatın fikrincə, Azərbaycanda pandemiyanın təsirlərinin azaldılması, az itkilərin olması istiqamətində Prezidentin təşəbbüsü ilə bir çox işlər görülüb ki, onların sırasında səhiyyə sistemində baş verən köklü dəyişikliklərdir: “Heç kəsə sirr deyil ki, Azərbaycanda 750-dən çox səhiyyə ocağı tikilib və ya tam təmir olunub, hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Hazırda isə koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxanası da onların ixtiyarına verilib. Həmçinin, ölkəmizin 3 şəhərində istifadəyə verilmiş üç yeni xəstəxana da koronavirus xəstələrinin ixtiyarındadır. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Testlərin aparılması üçün isə 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılıb. İndiyə kimi ölkə üzrə 70 minə yaxın test keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır və bu səbəbdən də Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdədir. Eləcə də koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb”.
Sədaqət Vəliyeva Azərbaycanda operativ şəkildə tibbi ləvazimatların istehsalının təşkil olunmasından da danışıb: “Hazırda dünyada tibbi ləvazimatların və avadanlıqların alınması problemə çevrilib. Bu səbəbdən də daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlində ölkəmizdə operativ şəkildə tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Yaxın günlərdə həmin müəssisə tam gücü ilə işləyəcək və gündəlik 200-250 min maska istehsal etməklə daxili bazarı tam təmin edəcək. Bundan sonra isə yəqin ki, müəssisə istehsal etdiyi məhsulları ixrac etmək haqqında da düşünəcək”.
“Görünən odur ki, Azərbaycanda COVİD-19 pandemiyası ilə mübarizə sistemli və düşünülmüş şəkildə aparılır” – deyən deputat əlavə edib ki, dövlət vətəndaşlarının təhlükəsizliyini təmin edir, onların sosial-iqtisadi itkilərini qarşılayır: "Vətəndaşlardan isə tələb olunan odur ki, evdə qalsınlar və ölkəmiz, cəmiyyətimiz tezliklə bu görünməz düşməndən xilas olsun, bu prosesdən az itkilərlə qalib çıxsın".
Deputat Aydın Mirzəzadə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Əməkdaşlıq Şurasının sammitinin onlayn şəkildə keçirilməsi çox əhəmiyyətli bir hadisədir: “Hesab edirəm ki, bununla türk dövlətləri bütün çətin vəziyyətlərdə birgə olduqlarını, öz səylərinin birləşdirdiklərini nümayiş etdiriblər. Cənab Prezident iclas zamanı Azərbaycanın hazırda təşkilata sədrlik etdiyi dövrdə görülən işlərdən danışıb. Türk dövlətlərinin koronavirusa qarşı mübarizədə birgə səylərinin artırıldığını vurğulayıb”.
Deputatın sözlərinə görə, bu gün türk dövlətlərinin hər biri bu bəlaya qarşı çox ciddi mübarizə aparır: “Görülən işlər türk dövlətlərinin ümumdaxili hesabına bu problemi həll etmək iqtidarında olduğunu göstərir. Qardaşlıq, dostluq, qonşuluq hər zaman çətin gündə tanınır. Türk dövlətləri də bu çətin gündə bir-birlərinə dəstək olduqlarını nümayiş etdiriblər. Hesab edirəm ki, həmrəylik, mehriban qonşuluq və yaxın qardaşlıq bu gün türk dövlətlərinin bir-birlərinə verdikləri ən böyük töfhə hesab etmək olar. Bu məsələdə şübhəsiz ki, hər bir ölkənin təcrübəsi var və bu təcrübəni bölüşməyə, ehtiyac yarandıqda bir-birinə maddi-texniki, tibbi ləvazimatlar, tibb personalı ilə köməklik göstərmək də əməkdaşlığın əsas sahələrindən sayıla bilər”.
A.Mirzəzadə qeyd edib ki, fikrimcə vacib məqamlardan biri post-koronavirus dövrünə türk dövlətlərinin hazırlaşmasıdır: “Koronavirusa qalib gələcəyik, amma dövlətlər bu və ya digər növ epidemiyalara qarşı mübarizə mexanizmini hazırlamalı və daha da təkmilləşdirməlidirlər. Heç istisna deyil ki, başqa bir zaman kəsiyində ya koronavirusun özü mutasiya edərək yenidən qayıda, yaxud başqa bir xəstəlik dünyanı yenidən ağuşuna ala bilər. Belə bir vəziyyətlə yenə qarşı-qarşıya gəldikdə türk dövlətləri daha da hazırlıqlı olmalıdırlar. Dünya eyni dildə danışan türk dövlətlərinin bu çətin vaxtda bir-birlərinə olan dostluğunu, qardaşlığını gördü. Azərbaycan da öz növbəsində bu çətin gündə qardaşlarının yanındadır. Öz imkanlarını türkdilli dövlətlərlə bölüşməyə hazırdır və cənab Prezident bu gün türk birliyinin dünyada özünə layiqli yer tutmasını və həmçinin dünya sivilzasiyasının qorunub saxlanmasına öz töfhəsini verdiyini bir daha nümayiş etdirib”.
Politoloq Şəbnəm Həsənova isə deyib ki, Türk Şurasının Zirvə görüşünün videokonfrans formatında keçirilməsi təşəbbüsü cənab Prezidentin praqmatik və çevik qərar qəbuletmə xüsusiyyətini bir daha sübut etdi. Bu görüşdə Azərbaycanın türk dünyasında tutduğu mühüm mövqe bir daha sübut olundu”.
Prezident İlham Əliyevin hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətdə olan sədri olduğunu xatırladan politoloq söyləyib ki, Naxçıvan müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq ehtiyac olduğu təqdirdə fəaliyyətdə olan sədr fövqəladə görüşlər çağırmaq səlahiyyətinə malikdir.
O bildirib ki, COVİD-19 virusunun “diqtəsi” ilə yaranmış şəraiti nəzərə alaraq bu dəfəki Zirvə görüşü videokonfrans formatında baş tutdu ki, bunun ideya müəllifi məhz ölkə başçımız idi: “Elə bu səbəbdən də ölkə başçımız hər zaman olduğu kimi praqmatik və çevik qərar qəbuletmə xüsusiyyətinə sadiq qalaraq bu Zirvə görüşünün online videokonfrans formatında keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Cənab Prezidentin bu təşəbbüsünün Şuraya üzv ölkələr tərəfindən müsbət qarşılanması həm də ölkə başçımıza olan hörmətin və rəğbətin bariz nümunəsidir. Eyni zamanda, mövcud şəraitin diqtəsi ilə bir ilk daha yaşandı. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus da videokonfransa qoşuldu. Zirvənin nəticələrinə uyğun olaraq dövlət başçıları tərəfindən fövqəladə sammitin yekunlarına dair bəyənnamə qəbul olundu. İstər pandemiya, istərsə də post-pandemiya dövründə Şuraya üzv ölkələrin ortaq əməkdaşlıq mexanizmləri müəyyənləşdirildi. Koronavirus pandemiyasından sonra da iqtisadi, siyasi və sosial layihələrin davam etdirilməsi məsələsinin vacibliyi vurğulandı".
Ş. Həsənova qeyd edib ki, virusun yaratdığı mövcud şəraitdə Şuraya üzv ölkələr arasında viza vaxtı bitmiş və ya hər hansı bir məsələ barədə çətinlik yaşayan vətəndaşlara olduqları ölkələrdə lazımi şəraitin yaradılması ilə bağlı ölkələrin həmrəy olduqları vurğulandı: "Bundan əlavə üzv ölkələrin hər biri 2 aprel 2020-ci il tarixində BMT Baş Assamebleyasında COVİD-19-a qarşı qəbul olunmuş bütün qətnamələri ortaq həmrəylik nümayiş etdirərək tam dəstəklədiklərini ifadə etdilər. Pandemiya olmasına baxmayaraq, nəqliyyat dəhlizlərində 180 min tondan çox yüklərin daşınmasında da üzv ölkələrin birlik nümayiş etdirdiklərinin önəmi ortaya qoyuldu. Heç şübhəsiz ki, yüklərin daşınmasında dəhlizin Azərbaycan olduğu üçün ölkəmizin bu məsələdə də önəmli rol oynadığını bir daha ortaya çıxarmış oldu. Düşünürəm ki, bütün bu məsələlər ətrafında Şuraya üzv ölkələr arasında belə sıx həmrəyliyin olması Şuranın gələcəkdə də əməkdaşlıq formatına müsbət təsir edəcək. Mühüm bir fakt Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Tedros Adhanom Qebreyesusun Azərbaycanın pandemiyaya qarşı dövlət səviyyəsində effektiv mübarizə aparması və görülən işləri təqdir etməsidir. Bu da bilavasitə cənab Prezidentin şəxsinə verilən dəyərdir".