Vətəndaşlardan dövlət başçısına məktublar gəlməkdə davam edir: “Siz xalqın əsl qəhrəmanısınız, cənab Prezident!” Siyasət

Vətəndaşlardan dövlət başçısına məktublar gəlməkdə davam edir: “Siz xalqın əsl qəhrəmanısınız, cənab Prezident!”

Dünyanı bürünmüş koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində atılan addımlara, bu virusa yoluxanların müalicəsi, eləcə də vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycanın müxtəlif guşələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.
Məktublardan bir neçəsini təqdim edirik:
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Hazırda bir çox ölkələri öz ağuşuna alan pandemiya Azərbaycandan da yan keçmədi. Sizin müdrik və uğurlu siyasətiniz nəticəsində atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər sayəsində COVID-19-un ölkəmizdə geniş yayılmasının qarşısı alındı. İnanırıq ki, Sizin sayənizdə ölkəmiz bu bəladan minimum itki ilə çıxacaq.
Belə çətin zamanda hər bir vətəndaş özünü dövlətin, Prezidentin himayəsində hiss etdi. Bunun bariz nümunəsi kimi, bu ay imzaladığınız fərman və sərəncamları xüsusi qeyd etmək lazımdır. Yaşı 65-dən yuxarı 176 məhbusun əfv edilməsi Sizin necə humanist Prezident olduğunuzu göstərir. İşsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi və yaşı 65-dən yuxarı şəxslərə evdə xidmət göstərilməsi bir daha nümayiş etdirdi ki, sosial müdafiəyə ehtiyacı olan şəxslər dövlətin himayəsindədirlər.
Cənab Prezident, bütün bunlara görə ailəmiz adından Sizə təşəkkür edirəm. Biz gənclər Sizinlə fəxr edirik və Sizi dəstəkləyirik.
Hörmətlə,
Quliyev Əhməd Leysan oğlu.
Azərbaycan Respublikası, Gədəbəy rayonu, Çalburun kəndi”.

“Möhtərəm cənab Prezident.
Mən pensiyaçı babayam, yeddi nəvəm vardır, onlardan ikisi qardaş Türkiyədə təhsil alır. Onların atası, yəni oğlum Azərbaycan Ordusunun zabitidir.
Ölkəmiz və dünyamız üçün bu çətin koronaviruslu günlərdə nəvələrim Türkiyədən xəbər verdilər ki, dövlətimiz onların hər birinə maddi yardım etmişdir. Bu xoş xəbərdən çox sevindim, fərəhləndim və böyük qürur hissi keçirdim, ürəyim dağa döndü. Allah da Sizi sevindirsin.
Hörmətli Prezident, əlli iki ildən artıq əmək stajım vardır. Bütün həyatım boyu elimə, obama, millətimə, xalqıma, doğma yurduma, Vətənimə bağlı olmuşam, onunla birlikdə addımlamışam, ölkəmin ictimai-siyasi həyatında daim fəal olmağa çalışmışam.
Xoşbəxtlikdən taleyim elə gətirmişdir ki, gənclik-tələbəlik illərim də daxil olmaqla, demək olar ki, bütövlükdə təhsil və əmək fəaliyyətim ulu öndərimiz Heydər Əliyevin Sovetlər İttifaqında və müstəqil Azərbaycanda rəhbər vəzifələrdə olduğu dövrlərə təsadüf edib. Mən onu həmişə böyük maraqla izləmişəm, dinləmişəm, daim ondan öyrənmişəm, daim ona inanmışam və yaxşı bilirəm ki, Siz hansı ictimai-siyasi məktəbin yetirməsisiniz. Odur ki, prezident seçkilərində birmənalı olaraq Sizi dəstəkləmişəm və bir seçici olaraq Sizə səs vermişəm. Həmişə əmin olmuşam və bu gün bir daha təsdiqləndi ki, öz seçimimdə yanılmamışam. Siz, doğrudan da, ölkəmizin hər bir vətəndaşının qayğısına qalan layiqli Prezidentimizsiniz, Ali Baş Komandanımızsınız.
Nəticələr göz qabağındadır. Biz yaxşı görürük ki, “mənəm-mənəm” deyən lider ölkələr dünyanı çulğamış koronavirus sınağında hansı vəziyyətdədirlər. Yalnız Sizin uzaqgörənlik, yüksək təşkilatçılıq, hər bir məsələyə ciddi yanaşmaq bacarığınız, eləcə də bizim sevimli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xalqımıza ana qayğıkeşliyi sayəsində Azərbaycanımız ağır bəlalara düçar olmamışdır. Bunları görməyənlər nadandırlar.
Əziz və hörmətli Prezidentimiz, biz ailəlikcə Sizinlə fəxr edirik. Sizə ailənizlə birlikdə uzun və sağlam ömür, cansağlığı, ailə xoşbəxtliyi, ölkə rəhbəri kimi bütün fəaliyyətinizdə daha böyük müvəffəqiyyətlər və uğurlar diləyirik.
Dərin hörmətlə,
Əfəndiyev Sabir İsmayıl oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri”.

“Möhtərəm cənab Prezident.
Bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşiblər. Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində görülən qətiyyətli qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradıb.
Yerlərdə əhalinin sosial müdafiəsinə yönəlmiş planlar layiqincə icra olunur, nəticədə hər bir ailə dövlətin sosial qayğısını öz üzərində hiss edir. Qazax rayonunda aidiyyəti qurumlar koronavirusa qarşı mübarizəyə səfərbər edilib, imkanı olan şəxslər aztəminatlı ailələrə yardım göstərirlər.
Rayonumuzun ağsaqqalları, ziyalıları adından Sizə, nəcib işləri ilə xalqın sevimlisinə çevrilmiş Mehriban xanıma minnətdarlığımızı bildirir, Siz başda olmaqla ailənizə cansağlığı, qarşıya qoyulmuş hədəflərə çatmaq istiqamətində fəaliyyətinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
Yusifov Yusif Əhməd oğlu, təqaüdçü.
Azərbaycan Respublikası, Qazax rayonu”.

“Əziz və hörmətli Prezidentimiz.
Əvvəla Sizə və ailə üzvlərinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz əlillərə və kimsəsizlərə heç vaxt dəstəyinizi və qayğınızı əsirgəmirsiniz. Dövlətimizin başçısı olaraq xalqımıza yorulmadan göstərdiyiniz misilsiz xidmətlərinizə görə Sizə dərin ehtiram bəsləyirik. Bu xalqa Sizin kimi Vətənini sevən igid oğul bəxş etdiyi üçün Allah atanıza və ananıza qəni-qəni rəhmət eləsin.
Ümid edirik ki, bütün dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq. Bir vətəndaş olaraq hamımız karantin qaydalarına, qoyulmuş qadağalara sonadək riayət etməliyik. Çünki yalnız bu yolla öz sağlamlığımızı qoruya bilərik. Sağlamlığımızın qorunması istiqamətində gördükləri misilsiz işlərə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkür edirəm.
Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bütün Azərbaycan xalqının bu çətin günlərdə bir olmasına, həmrəylik göstərməsinə mühüm töhfə verdi. İnanırıq ki, bu çağırışınızla bir gün doğma Qarabağımızı işğaldan azad edəcəyik.
Hörmətlə,
Babaşova Güldanə Ramazan qızı
Azərbaycan Respublikası, Bakı şəhəri”.

“Hörmətli cənab Prezident.
Dünyanı cənginə alan koronovirus pandemiyası ilə bağlı təxirəsalınmaz, qabaqlayıcı tədbirlərə, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına, sağlamlığının qorunmasına, eləcə də, bu çətin dövrdə vətəndaşlarımızın sosial müdafiəsinə və biznes mühitinə dəyən ziyanın aradan qaldırılmasına göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Bu günlərdə ölkədə vəziyyəti gərginləşdirməyə çalışan qüvvələr heç nəyə nail olmayacaqlar. Biz Prezidentimizin ətrafında sıx birləşir, onun çağırışlarına və səsinə səs veririk.
Dərin hörmətlə,
Abbasov İrşad - Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Hüseynov Sahil
Azərbaycan Respublikası, Göyçay rayonu”.

“Əziz Prezidentimiz.
Bu çətin və böhranlı günlərdə Azərbaycan xalqının həmrəyliyi bizi çox sevindirir. COVID-19 pandemiyasına qarşı aparılan bu ümumxalq mübarizəsində Sizin tapşırıqlarınızın, çağırışlarınızın xalqımızın sağlamlığı naminə olduğunu hamımız bilir və bunu yüksək qiymətləndiririk.
Cənab Prezident, xalqımızın sağlamlığını ən vacib amil hesab etməyiniz Sizə olan inamımızı daha da gücləndirdi. Bununla yanaşı, dövlətimizin çətin vəziyyətlə üz-üzə qaldığı bir dönəmdə bizim kimi aztəminatlı ailələrə göstərdiyiniz maddi yardıma görə də Sizə minnətdarlığımızı bildiririk. Uca Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Əzimova Gülarə Heydər qızı
Cəfərov Qədir Qulu oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, İkinci Alıbəyli qəsəbəsi”.

“Möhtərəm cənab Prezident.
Hazırda qarşılaşdığımız pandemiya ilə əlaqədar həyata keçirdiyiniz sosial və karantin tədbirləri əhalinin böyük əksəriyyəti tərəfindən tam dəstəklənir və alqışlanır. İzolyasiya tədbirlərinin vaxtında həyata keçirilmədiyini düşünmək belə dəhşətlidir. İndi yoluxmaların az olması və xəstəlikdən sağalanların sayı ümidvericidir. Bu rəqəmlər Sizin vaxtında və qətiyyətlə verdiyiniz qərarlardan alınan nəticələrdir. Mən bir vətəndaş kimi, sağ qaldığımıza, bu dəhşətli bəladan qurtula bildiyimizə görə, ailəm və çoxsaylı dostlarım, onların ailələri adından Sizə dərin təşəkkürümü bildirirəm. Mən ölkəmizin gələcəyi, xalqımızın rifahı üçün çalışdığınızdan tam əminəm. Bu çətin günlərdə Sizə və ailənizə cansağlığı və yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Hacıyev Sabutay Telman oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri”.

“Cənab Prezident İlham Əliyev.
Xalqımızı koronavirus pandemiyasından maksimum dərəcədə qorumaq üçün gördüyünüz bütün işlərə və səylərinizə görə Sizə təşəkkür edirəm.
Sizə bu məktubu yazmaq mənim üçün böyük şərəfdir. Bizim ailəmiz əməyinizi çox yüksək dəyərləndirir, Sizə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir.
Cənab Prezident, ümid edirəm ki, qısa müddətdə Azərbaycanda həyat tamamilə öz əvvəlki axarına düşəcəkdir. Çox sağ olun.
Hörmətlə,
Teymurova Nəzrin Ramiz qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.

“Möhtərəm cənab Prezident.
Biz Sizin yürütdüyünüz daxili və xarici siyasəti daim dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Yürütdüyünüz uzaqgörən siyasətə, xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Cənab Prezident, dünyada tüğyan edən koronovirus pandemiyası ilə əlaqədar verdiyiniz qərar və tapşırıqlar Azərbaycan xalqının sağlam və xoşbəxt yaşamasına xidmət edir. Sizin vətənpərvərliyiniz, xalqımıza bağlılığınız, möhkəm iradəniz, uzaqgörən dövlət xadimi olmağınız, həyata keçirdiyiniz layihələrin və apardığınız islahatların xalqımızın maraqlarına xidmət etməsi bizi sevindirir və gələcəyə ümidlərimizi daha da artırır. Sağlam gələcəyimiz üçün gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirik və hər zaman yanınızdayıq. Sizin xalqımız üçün gördüyünüz işləri alqışlayırıq. Allah Sizin kölgənizi Azərbaycan xalqının üzərindən əskik etməsin. Ailəmin adından və öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm.
Dərin hörmətlə,
İbrahimov Famil Fərhad oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi”.

“Hörmətli cənab Prezident.
Sizin ölkəmizdə koronovirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə, ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlər, verdiyiniz müdrik qərarlar sayəsində biz bu bəladan qurtulacağıq.
Cənab Prezident, cəmiyyətdə müəllim adını daha da ucaltmaq, bu ada olan dəyər və qiyməti ən yüksək səviyyəyə qaldırmaq üçün gördüyünüz işlərə, müəllimlərə göstərdiyiniz inam və etimada görə Sizə Xətai rayonu İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin kollektivi adından təşəkkürümü bildirirəm. Biz birlikdə güclüyük. Allah Sizi, ailənizi və xalqımızı qorusun.
Dərin hörmətlə,
Xətai rayonu 261 nömrəli məktəb-liseyin rəhbərliyi və pedaqoji kollektivi adından,
Məhərrəmova Samirə Arzuman qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.

“Möhtərəm cənab Prezident.
Ölkəmizdə koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. Hələ ölkəmizdə COVID-19 inveksiyasına yoluxma baş verməmişdən əvvəl Sizin tapşırıq və göstərişinizlə dezinfeksiya işlərinə başlanmışdı. Sonra Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.
Mən bir şagird olaraq həmişə Sizin işlərinizi bəyənmişəm. Siz yaşlı insanlara daim xüsusi diqqət göstərmisiniz. Bu dövrdə biz bunu daha aydın görürük.
Siz bütün tədbirlərdə Azərbaycanı layiqincə təmsil edir, ölkəmizin adını ucaldırsınız. Sizin sayənizdə bayrağımız ən uca zirvələrdə, mötəbər yerlərdə dalğalanır. Mən doğma Azərbaycanımı dünyada ən xoşbəxt ölkə hesab edirəm. Çünki bu xalqın Sizin kimi qeyrətli, mərd oğlu, müdrik Prezidenti vardır.
Biz xalq olaraq həmişə Sizinləyik.
Hörmətlə,
Rzayev Emin Səxavət oğlu.
Azərbaycan Respublikası, Şamaxı rayonu, Çarhan kəndi”.

“Möhtərəm cənab Prezident.
Bütün dünyanın koronavirus pandemiyası ilə üz-üzə qaldığı bir zamanda Sizin rəhbərliyinizlə ölkəmizdə bu virusun yayılmasına qarşı həyata keçirilən tədbirlər biz ağdaşlılarda da qürur hissi oyadır. Fərmanınızla ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən yüksək texnologiya və tibbi avadanlıqlarla təmin edilən tibb müəssisələrinin açılması Sizin düzgün siyasətinizin bariz nümunələridir.
Əfsuslar olsun ki, bu xəstəlik bizim ailəmizdən də yan keçmədi. Bibim bu virusa yoluxduğu aşkarlandı. Amma fədakar həkimlərimiz tərəfindən göstərilən yüksək tibbi xidmət və aldığı düzgün müalicə nəticəsində o, sağ-salamat ailəmizə qayıtdı.
Buna görə ailəmiz adından həm Sizə, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Qəribov Nurlan Məmməd oğlu.
Azərbaycan Respublikası, Ağdaş rayonu”.

“Çox hörmətli cənab Prezident.
Bütün dünyanın üzləşdiyi COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində ölkəmizə və xalqımıza göstərdiyiniz əvəzolunmaz xidmətinizə görə Sizə şəxsən öz adımdan, ailəmin və yaşadığım Qahab kəndinin sakinləri adından sonsuz təşəkkürümü bildirirəm. Danılmaz faktdır ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirləri minimuma endirilib, digər vaxtlarda olduğu kimi, indiki çətin dövrdə də xalqımızın rahat, firavan və sağlam yaşaması üçün hər cür şərait yaradılıb. Əminəm ki, bundan sonra da baş verə biləcək hər hansı bir bəladan xalqımızı yüksək səviyyədə qoruyacaqsınız.
Hörmətli cənab Prezident, Sizə bir daha sonsuz təşəkkürümü bildirir, sağlam və uzun ömür arzulayıram. Tanrı Sizi Azərbaycan xalqına çox görməsin.
Hörmətlə,
Zülfüqarov Rəsul Zülfüqar oğlu.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qahab kəndi”.

“Hörmətli cənab Prezident.
COVİD-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz bütün işlərə görə Sizə minnətdaram. Böyük dövlətlərin bu virus qarşısında necə aciz qaldıqlarını görürük. İnanıram ki, Sizin uzaqgörənliyiniz sayəsində ölkəmiz tez bir zamanda bu virusa qalib gələcək. Xalqımızın bu çətin vaxtında işsiz əhaliyə birdəfəlik ödəmə, yeni xəstəxanaların açılması, sahibkarlara dəstək, imzaladığınız Sərəncamlar və s. Sizin ölkəmizin və xalqımızın həyatında necə böyük bir rola malik olduğunuzu bir daha göstərdi. Siz həqiqətən də hər bir azərbaycanlının Prezidentisiniz. Biz Sizə inanırıq və Sizinlə qürur duyuruq. Sizə və Mehriban xanıma ailəm adından dərin təşəkkürümü bildirirəm. Allah Sizləri və xalqımızı qorusun.
Dərin hörmətlə,
Məcidova Xəyalə Faiq qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu”.

“Hörmətli cənab Prezident.
Bəşəriyyət koronavirusun yaratdığı qlobal problem ilə üz-üzədir. Pandemiya bizim ölkəmizi də sınağa çəkib. Bu çətin zamanda Azərbaycanda vəziyyətin nəzarət altında olması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əməkhaqlarınızı həmin fonda ianə etməyiniz, pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün maliyyə vəsaitinin ayrılması və həssas təbəqənin də maddi təminatı ilə bağlı göstərişiniz, qısa müddət ərzində yerli tibbi maska istehsalına başlanılması Sizin müdrik rəhbərliyinizin, uğurlu siyasətinizin nəticəsidir.
Cənab Prezident, dövlətimizin beynəlxalq ictimaiyyətlə həmrəyliyinin nümunəsi olaraq, koronavirus pandemiyasının geniş yayıldığı ölkələrin musiqisi ilə bayraqlarını proyeksiya halında ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan, dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirməsi, Sizin “Biz birlikdə güclüyük!” ifadəniz, Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı əziz həmvətənlərimizə müraciəti bir daha bunu əks etdirir ki, ən gözəl xüsusiyyətlərlə sabaha, xoş ümidlərlə rifaha doğru addımlayırıq.
Əziz Prezidentimiz, inanırıq ki, bu çətin günlərimiz tezliklə geridə qalacaq. Biz Sizə güvənirik, biz Sizinlə fəxr edirik və hər zaman Sizin yanınızdayıq. Sizə bu şərəfli yolda yeni uğurlar diləyirik. Ulu Tanrı Sizi və ailənizi qorusun.
Dərin hörmət və ehtiramla,
Nəsirov Tərlan Rais oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

“Möhtərəm cənab Prezident.
Bu ağır günlərdə Sizə bu məktubu yazmağı özümə borc bildim. Sizə olan istək və hörmət qəlbimin dərinliyindən gələn səmimi hisslərdir. Bütün dünyanın bu dəhşətli pandemiyanın qarşısında diz çökdüyü bir dövrdə Siz məğrurluqla xalqımızın sağlamlığının, həyatının və təhlükəsizliyinin keşiyində durmusunuz. Buna görə Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Siz xalqın xilaskarı və qoruyucususunuz.
Mən və yaxınlarım daim fəxrlə deyirik: nə yaxşı ki, varsınız, bizimləsiniz, xalqın əsl qəhrəmanısınız, cənab Prezident.
Hörmətlə,
Şirinov İlkin Səxavət oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri”.

“Hörmətli cənab Prezident.
Hazırda bəşəriyyət üçün əsl faciəyə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə xalqımız Sizin və Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq birlik, həmrəylik nümayiş etdirdi.
Əminik ki, Sizin sayənizdə bu bəlaya qalib gələcək, hazırkı ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq. Artıq zəhmətinizin nəticəsi olaraq ölkəmizdəki mənzərə vəziyyətin yaxşılığa doğru getdiyini göstərir.
Əziz Prezidentimiz, Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı arzulayırıq. Ulu Tanrı Sizin rəhbərliyiniz altında doğma Azərbaycanımıza daim xoş günlər və tərəqqi qismət etsin.
Dərin ehtiram hissi ilə,
Əmiraslanov Ceyhun Xanlar oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri”.

“Əziz və hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının çiçəklənib güclənməsində Sizin çox böyük əməyiniz vardır. Siz Azərbaycanın haqq səsini hər zaman yüksək tribunalarda səsləndirib üçrəngli bayrağımızı ən uca zirvələrdə dalğalandırmısınız. Biz Yariyevlər ailəsi daim Sizin yürütdüyünüz daxili və xarici siyasəti bəyənmişik və dəstəkləyirik. Hər zaman Sizin yanınızda olaraq, Sizinlə birgə bu dövlətə, xalqa xidmət etməyi özümüzə borc bilmişik.
Bu gün dünyanı cənginə alan koronavirus bəlasına qarşı yubanmadan, təxirəsalınmaz addımlar atmağınız və eyni zamanda öz xalqınızın qayğısına qalaraq çox ciddi göstərişlər verməyiniz bizi olduqca sevindirir. Sizinlə qürur duyuruq.
Yaşasın Azərbaycan və onun müdrik Prezidenti İlham Əliyev.
İnanıram ki, Sizin köməyiniz nəticəsində biz birlikdə bu çətinliyin də öhdəsindən tezliklə gələcəyik.
Cənab Prezident, Sizi əmin edirəm ki, daim Sizin yanınızda olaraq bütün tapşırıqlarınızı dərhal və məsuliyyətlə yerinə yetirəcəyik. Allah amanında qalın.
Hörmətlə,
Yariyev Ramil Sadiq oğlu
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Üçtəpə kəndi”.