“Hörmüz boğazı qlobal sabitliyin əsas açar nöqtəsidir”
31 Mart 21:32
31 Mart 21:32
31 Mart 21:28
31 Mart 20:39
27 Aprel 2020 13:47
1 505
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib. Milli Məclisin aprel ayının 24-də baş tutan Plenar iclasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə 82 işçi qrupun rəhbərləri seçilib.
Bununla yanaşı, beynəlxalq parlament qurumlarında, təşkilatlarda fəaliyyət göstərəcək Azərbaycanı nümayəndə heyətlərinin formalaşması prosesləri gedir. Heyətlərin siyahısı yaxın günlərdə açıqlanacaq.
AŞPA-nın Daimi Komitəsinin pandemiyadan sonra 30 aprel tarixinə təyin edilmiş ilk onlayn iclasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi isə artıq məlumdur.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov - nümayəndə heyətinin rəhbəri, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir.
Yeni tərkibin siyahısı AŞPA-ya göndərilib.
31 Mart 18:44
1 253
31 Mart 16:31
1 358
31 Mart 15:03
1 484