Fərid Şəfiyev: İqtisadiyyat və Sülh İnstitutu Ermənistanın göstəricisini yüksəltməklə Yerevana yanlış mesaj göndərir Siyasət
- 18 İyun 2020 16:21
- 3 759
İqtisadiyyat və Sülh İnstitutu 2019-cu il üçün açıqladığı son Qlobal Sülh İndeksində Ermənistanın “sülhsevərlik” üzrə göstəricisini yüksəldib. Maraqlıdır, hesabatın müəllifləri Ermənistanın nəinki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalını davam etdirməsindən, həmçinin “ən sülhsevər ölkə” kimi qiymətləndirdikləri 2019-cu ildə bu ölkənin Baş naziri Nikol Paşinyan və digər kabinet nümayəndələrinin hərbi ritorikadan istifadə etmələrindən və bu ritorikaların Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə fəaliyyət göstərən ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən pislənilməsindən xəbərdardılarmı?
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin şərhində deyilir.
Onun sözlərinə görə, Nikol Paşinyanın 2019-cu ilin 5 avqustunda Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri zamanı “Dağlıq Qarabağ Ermənistandır” fikrini səsləndirməsi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini pozaraq (822,853, 874, 884) qonşu ölkənin ərazilərinin ilhaqının bəyanıdır:
"Qeyd etmək lazımdır ki, Nikol Paşinyan vəzifəsinin icrasına başlayarkən atdığı ilk addım oğlunu Azərbaycanın işğal olunmuş ərazilərinə hərbi xidmət çəkməyə yollamaq olub. Bunu sülh naminə atılmış addım kimi qiymətləndirmək mümkün deyil. Ermənistanın müdafiə naziri David Tonoyan isə 2019-cu il martın 30-da Nyu-Yorkda erməni diasporu qarşısında çıxışı zamanı “yeni ərazilər naminə yeni müharibə” deyərək, yeni “müdafiə” konsepsiyasını səsləndirib və bu da sülh mesaji meyarlarına çətin ki, cavab versin. Siyahını baş nazir Nikol Paşinyanın 2020-ci il mayın 21-də Azərbaycanın tarixi şəhəri Şuşaya təxribat xarakterli səfəri və beynəlxalq ictimaiyyət tərəfindən pislənən qanunsuz seçkilərdən sonra qondarma inauqurasiya mərasimində iştirakına qədər uzatmaq olar.
2019-cu ildə yeganə müsbət irəliləyiş ATƏT-in Minsk qrupu həmsədrlərinin çağırışından sonra Azərbaycanın gərginliyi azaltmağa dair qərarına əsasən təmas xəttində baş verən itkilərin sayının azalması olub. Həmçinin xatırlatmaq yerinə düşər ki, 2019-cu ildə iki dəfə-mayın 30-u və sentyabrın 22-də Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ərəfəsində Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan hərbçiləri həlak olub. İqtisadiyyat və Sülh İnstitutunun Qlobal Sülh İndeksində “sülhsevər” ölkə olduğu üçün Ermənistanın göstəricisini yüksəltmək qərarı səhvdir və Yerevana yanlış mesaj göndərir".
- 01:07
- 574
- 25 Aprel 19:06
- 1 085
- 25 Aprel 19:06
- 917
-
Kimsə bir müsəlman ölkəsini xristian klubuna qəbul etməyə hazırlaşmır” – Qüdrət Həsənquliyev
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir
-
Bölgəmizdə iki güc toqquşur: Paşinyan cəzasız qalmayacaq
-
Üçüncü tərəflərin müdaxiləsi olmasa, Cənubi Qafqazda sülh əldə etmək daha real olar - ŞƏRH
-
Ümidvaram ki, COP29 Azərbaycan və Ermənistan arasında sülhə xidmət edəcək - Annalena Berbok
-
BMT-nin komitəsində Ombudsmanın növbəti hesabatı ilə bağlı dinləmə keçirilib
-
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi
-
Bakıda ilk dəfə velosiped işıqforları quraşdırılır
-
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlandı
-
Malıbəylidə aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb (FOTO/VİDEO) (YENİLƏNİB)
-
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
-
Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - Vüqar Rəhimzadə
-
"Bakcell" Rebrendinqi elan edir
-
Buraxılış imtahanında ən yüksək nəticəni özəl liseylərin şagirdləri əldə edib
-
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
-
“Bu, Türk birliyinin bariz nümunəsidir”
-
Naxçıvan əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olunub
-
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
-
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB
-
Rusiya ABŞ ilə diplomatik münasibətlərin statusunu aşağı sala bilər
-
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən həmin daş parçası Ağdam Cümə məscidində - VİDEO
-
Elmira Süleymanova dəfn edildi (YENİLƏNİB) (FOTO)
-
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
-
Xocalının Malıbəyli kəndində ən azı 6 nəfərə aid insan qalıqları aşkar edilib - FOTO/VİDEO
-
“Vardanyan adlı şəxsin oğlunun CNN-ə qədər çıxış tapmasının özü ayarıca nüansdır”
-
“ABŞ-də insan haqları barədə hesabat hazırlanmalıdır”
-
Rusiya XİN Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət bildirib
-
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
-
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
-
Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb - Yasemi Öztürk
-
Ermənistanda vətəndaşlar bir neçə avtomobil yolunu bağladı
-
Rusiya Türkiyə XİN-ə nota göndərib - Mariya Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
-
Kilsədə formalaşan erməni siyasəti cəmiyyəti zorakılığa təşviq edir
-
İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır - Simonyan
-
ABŞ öz gözündə tiri görmür, özgə gözündə tük axtarır
-
"Vardanyan istisnasız olaraq cinayətkatdır"
-
Ölkədə ərzaq məhsullarının qiyməti stabilləşib
-
Türk dünyasının Komitə sədrləri Qarabağa səfər edəcək
-
Rusiya səfirliyi Türkiyə XİN-ə nota göndərib
-
“Sahibkarlığın nə qədər önəmli olduğunu göstərmək üçün...”
-
Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub
-
“Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir”
-
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
-
Cəbrayılın Soltanlı qəsəbisində yenidənqurma işlərinin tamamlanacağı tarix AÇIQLANIB
-
Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar yatırıb
-
“Artıq bununla bağlı razılaşma əldə edilib”
-
“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur”
-
Macarıstan Azərbaycan və Ermənistanın delimitasiya ilə bağlı son addımlarını alqışlayır
-
“Hindistan artıq ilk dördlükdədir”
-
“Çindən gələnlərin sayı 3,7 dəfə artıb”
-
Macarıstan Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası istiqamətində görülən işləri alqışlayır
-
Azərbaycana görə bizi tənqid edənlər indi Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar - Peter Siyarto
-
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
-
Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayırıq - Fuat Oktay