Fəzail Ağamalı Milli Şuranın aksiyasından danışdı Siyasət

Fəzail Ağamalı Milli Şuranın aksiyasından danışdı

"Milli Şuranın mitinqi bir daha göstərdi ki..."
Fəzail Ağamalı: "Bu aksiya onların iflasının göstəricisidir"

Milli Şuranın oktyabrın 12-də keçirdiyi aksiya göstərdi ki, onların cəmiyyətdə heç bir sosial dayağı yoxdur və bu aksiya onların iflasının göstəricisidir". Bunu açıqlamasında AVP sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, aksiyada 10 mindən artıq insanın iştirak edəcyi ilə bağlı iddianı ortaya qoysalar da, mitinqdə iştirak edənlərin sayının bundan bir neçə dəfə az olması yuxarıdakı fikrin gerçəkliyini göstərisidir:
"Hələ keçən il prezident seşkiləri zamanı radikal müxalifəti öz ətrafında birləşdirən Milli Şuranın keçridikləri aksiyalar zəif idi və cəmiyyətdəki proseslərə təsir etmirdisə və cəmiyyət bu aksiyalara biganəlik göstərdiyi bir vaxtda, onların indi keçridiyi aksiyalara ümumiyyətlə özlərinin çox dar çərçivədəki ətraflarından başqa kimsənin diqqət göstərib maraqlanan yoxdur. Ümumiyyətlə müxalifətin bu gün ölkədə gedən proseslərə nəinki təsir etmək, heç proseslərdə iştirak etmək imkanında deyil. Bu bir daha onu göstərir ki, onlar iflasa uğrayıb."
Aksiyanın siyasi məhbus tələbi adı altında keçirilməsinə gəldikdə isə F. Ağamalı bildirdi ki, hətta Avropadakı antiazərbaycan qüvvələrin səyinə baxmayaraq, AŞ PA Azərbaycanda siyasi məhbusun olmaması qənaətinə gəldi:
"AŞ PA-nın belə bir qənatə gəlməsi isə nəinki xaricdəki antiazərbaycan qüvvələrini, eyni zamanda ölkədəki bəzi qüvvələri çox məyus və narahat etdi."
Millət vəkili hesab edir ki, Azərbaycanda siyasi məhbus məsələsi antiazərbaycan qüvvələri koalisiyasında yer alan ölkəmizdə fəaliyyət göstərən bir çox siyasi qüvvələr, QHT-lər və ayrı-ayrı şəxslər üçün gəlir mənbəyinə çevrilib.