Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
2 İyul 2020 19:52
3 710
Azərbaycan polisi erməni faşizminə qarşı əsgərimizlə çiyin-çiyinə mübarizə aparıb.
Bunu açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. O, polislərin erməni işğalına qarşı mübarizədəki roluna diqqət çəkərək Azərbaycanın ərazi bütövlüyünün qorunmasında polis əməkdaşlarının da yaxından iştirak etdiyini vurğulayıb:
“Öncə 2 iyul - Polis Günü ilə əlaqədar olaraq başda hörmətli Daxili İşlər Naziri Vilayət Eyvazov olmaqla, bütün polislərimizi təbrik edir, onlara uğurlar arzulayıram.
Xatırlatmaq istəyirəm ki, Azərbaycanın müstəqilliyinin, ərazi bütölüyünün qorunmasında polis əməkdaşları da yaxından iştirak edib, erməni işğalına qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstəriblər. Qarabağ və ətraf rayonların düşmən hücumundan müdafiəsində Azərbaycan polisi Azərbaycan əsgəri ilə yanaşı, çiyin-çiyinə mübarizə aparıb, vətəni birlikdə müdafiə ediblər. Bu gün çoxlu sayda polis veteranımız Daxili İşlər Nazirliyinin Veteranlar Şurasında bir araya gələrək gənc nəslin tərbiyəsində, habelə gənc polislərə peşə sirlərinin öyrədilməsində yaxından iştirak edir. Bu baxımdan, polislərimizin sadəcə ölkə daxilində cinayətkarlığa qarşı mübarizədəki əməyinin deyil, həm də xarici düşmənlərlə, erməni faşistləri ilə münbarizədəki rolunu qeyd etməyimiz vacibdir.
Mən bir daha polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram. Arzu edirəm ki, Azərbaycan polisi gələn il öz peşə bayramını Şuşada, işğaldan azad edilən Qarabağımızda qeyd etsin!”.
13:33
910
15 Noyabr 21:25
1 834
15 Noyabr 17:47
1 428