“Tramp dövründə hər an hərbi ssenari işə düşə bilər”
19 Yanvar 22:30
19 Yanvar 22:30
19 Yanvar 22:14
19 Yanvar 20:31
14 İyul 2020 20:47
2 604
Türkiyə Böyük Millət Məclisinin deputatı, TÜRKPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri İsmet Uçma Ermənistanın təxribatını pisləyən bəyanatla çıxış edib.
“Erməni silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi hücumunu şiddətlə qınayır, həyatını itirən azərbaycanlı şəhidlərimizə görə dost və qardaş Azərbaycan xalqına və dövlətinə başsağlığı, yaralılara şəfa diləyirəm”, - deyə deputat qeyd edib.
İsmet Uçma bildirib ki, Ermənistanın bu hücumunun Azərbaycan tərəfindən dəf edilməsi təcavüzün qarşılıqsız qalmayacağını və belə cəhdlərin nəticəsiz qalmağa məhkum olduğunu göstərir. Erməni tərəfi belə təhlükəli əməllərdən imtina etməli və beynəlxalq hüquqa riayət etməlidir. Türkiyə dövləti və xalqı olaraq ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanlarımızla Azərbaycanın yanında olmaqda davam edəcəyik.
19 Yanvar 21:55
749
19 Yanvar 21:16
868
19 Yanvar 20:32
973