Uorlikdən yeni tvit Siyasət

Uorlikdən yeni tvit

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Parisdə keçirilən görüşünə münasibət bildirib. O, bu məsələ barədə "Twitter" sosial şəbəkəsindəki hesabından yazıb.
"Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü irəliyə doğru müsbət addımdır. Görüşü təşkil etdiyinə görə Fransua Ollanda təşəkkür edirəm", - deyə Ceyms Uorlik məsələyə belə münasibət bildirib.