Heç kimin əlahiddə səlahiyyəti yoxdur Siyasət

Heç kimin əlahiddə səlahiyyəti yoxdur

Azərbaycanda qanunun aliliyi qorunmalıdır və hər kəs qanun qarşısında bərabərdir, tutduğu vəzifəsindən asılı olmayaraq hər birimiz qanunlarımıza tabeyik.
Bunu xalqcebhesi.az-a açıqlamasında Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, qanun hamı üçün alidir, hər kəs qanun qarşısında bərabərdir, buna əməl etməlidir: “Yerli mediada, social şəbəkələrdə də biz görürük ki, hansısa vəzifəli şəxslər qanun və qaydalarımızı pozaraq övladlarına təmtaraqlı şənliklər keçirirlər. Bu qəbul edilməzdir və cinzyətdir. Bu günlərdə akademik Ramiz Mehdiyevin nəvəsinin nişan mərasimindəki görüntülər ictimailəşdirili və əhali tərəfindən haqlı olaraq qınanıldı. Həmin tədbirdə iştirak edən yüksək çinli məmurlarımız da qanunun pozmuş olublar. Düzdür, onlar qanunla cərimə olunublar, amma bu hal cəmiyyətdə təəssüf doğurub. Qanunverici orqanda əyləşən bir deputation koronavirus dönəmində qanun və qaydanı pozub həmin şənlikdə iştirakı tənqid olunmalıdır və olundu da. Həmin adamlar bizə, sadə vətəndaşlara örnək olmaq əvəzinə, bu ağır dönəmlərdə hüquqi cəhətdən vətəndaşlarımızı maarifləndirmək əvəzinə özləri qanunları pozurlarsa, dözülməzdir”.
QHT sədri qeyd edib ki, Azərbaycan hüquqi dövlət olduğundan istənilən qanun pozuntusuna hüquqi qiymət verilməlidir: “Söhbət təkcə pandemiya dönəmində qanun və qaydalarımızın pozulmasında getmir, ümumilikdə, qanun aliliyinə hörmət edilməlidir. Azərbaycanda qəbul edilən bütün qanunlar bizim təhlükəsizliyimiz, rifahımız üçündür. ” Qanunun aliliyi hüquqi dövlətin əsas xüsusiyyətidir. Hər birimiz bu prinsipin qorunmasında dövlətə yardımçı olmalıyıq. Hər dövlət quruluşu konstitusiyanın və digər qanunların təsbit etdiyi hüquq və vəzifələrə malikdir. Və heç kimin bu hüquq və vəzifələri aşmaq, dəyişdirmək gücü yoxdur. Hüquq hər şeydən üstündür. Hüququn aliliyi prinsipi də hüquqi dövlətin ən mühüm prinsiplərindən biridir. Hansı ki, bu prinsip öz təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Heç kim unutmasın ki, qanunu pozarsa cəzasız qalacaq. Son illərdə hökumətimizin korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirdiyi tədbirlər bunu deməyə əsas verir. Bunun davamlı olacağına inanırıq. Qanunu pozmaq qəbuledilməzdir. Düşünürəm ki, belə hallar yolverilməzdir və bizim hər birimiz belə hallara qarşı barışmaz mövqə göstərməli, qanun, karantin qaydalarına ciddi şəkildə əməl edərək xalqımızın, dövlət müstəqilliyimizin qorunmasına çalışmalıyıq”.
Cavid