
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
“Ermənilər cəbhədə təxribatlar zamanı “klon” PUA-lardan istifadə etməklə, Azərbaycan hərbçilərini çaşdırmağa cəhdlər edə bilər”.
Bu barədə hərbi jurnalist Rəşad Süleymanov məlumat verib.
Jurnalist Ermənistanda “klon” dronların istehsalı barədə deyib:
“Ermənilər son iki ayda Azərbaycanın silahlanmasında mövcud olan və cəbhədə praktiki istifadə edilən PUA-ların (“Orbiter-2” və “Orbiter-3”) klonlarının yaradılması işlərini və sınaqları sürətləndiriblər. Bütün bu proseslər ehtimal yaradır ki, düşmən cəbhədə təxribatlar zamanı bu “klon” PUA-lardan istifadə etməklə, Azərbaycan hərbçilərini çaşdırmağa çalışacaq”.
Rəşad Süleymanov həmin PUA-lardan birinin - Ermənistanın UAVLAB şirkətinin istehsalı olan “UL-300”lər haqda da danışıb:
“UL-300” xarici dizayn baxımından “Orbiter-2”nin kopyasıdır. Lakin faydalı yükü fərqlidir. Bəzi məlumatlara görə, Niderland şirkətinin istehsalı olan kameraya sahibdir. “UL-300” eynilə ”Orbiter-2” kimi mancanaqla havaya atılır. Enmə zamanı paraşütdən və hava yastığından istifadə edir”.
Jurnalist qeyd edib ki, hazırda UAVLAB adıçəkilən PUA-nın kamikadze versiyası üzərində işləyir: “Cəbhədə xidmət edən hərbçilərimiz bu kimi məsələləri diqqətdə saxlasalar yaxşıdır”.