Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
30 Sentyabr 2020 09:28
2 023
Gürcüstan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki mövqeyə malikdir və birincisi ondan ibarətdir ki, ictimai baxımdan Gürcüstan tamamilə Azərbaycan tərəfini dəstəkləyir.
Bunu gürcüstanlı ekspert, professor Omar Ardaşeliya deyib.
O bildirib ki, siyasi baxımdan da Gürcüstan Azərbaycanı dəstəkləyir:
“Amma bu ölkənin rəsmi şəxsləri Azərbaycanı və Ermənistanı hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına oturmağa çağırır. Fikrimcə, bu baxımdan Gürcüstan neytrallığını qoruyur”.
Ekspert bildirib ki, neytrallıq özü də mövqedir:
“Gürcüstan tərəfi çalışacaq ki, tərəflər öz səylərini hərbi əməliyyat müstəvisindən sülh danışıqları müstəvisinə keçirsin və bunun üçün əlindən gələni edəcək”.
O əlavə edib ki, Ermənistan danışıqlar masasına oturmağa məcbur olacaq:
“Bu gün Azərbaycan maksimum üstünlüyə malikdir, çünki beynəlxalq ictimaiyyət Bakını tam dəstəkləyir. Azərbaycan onilliklər ərzində münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışıb, amma Ermənistan müxtəlif bəhanələrlə bundan qaçıb və nəticədə hazırkı vəziyyət yaranıb”.
14:54
490
12 Sentyabr 10:20
1 085
12 Sentyabr 10:18
2 576