İranlı güləşçi niyə Azərbaycan millisini seçdi? - Özü açıqladı
Reaktiv mühərriklər üçün yanacağın idxal gömrük rüsumundan və aksizdən azad edilmə müddəti uzadılıb
FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb - VİDEO
Yanvarda aylıq yağıntının miqdarı bəzi yerlərdə normadan çox olacaq - PROQNOZ
30 Sentyabr 2020 12:20
1 883
“Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar 2020-ci il sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini ümumən təqdir edirik”.
Bunu açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: “Ermənistan bu günə qədər həmin qətnamələri icra etməyib. Bu ilk növbədə Təhlükəsizlik Şurasının özünə qarşı hörmətsizlikdir.
Təhlükəsizlik Şurasının üzvləri bütün müvafiq müzakirələr zamanı həmin qətnamələrin icrasının vacibliyi məsələsini qabartmalıdırlar. Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədən, Ermənistan qoşunları Azərbaycanın işğal etdiyi ərazilərini tərk etmədən regionda sülhün bərqərar olması mümkünsüzdür”.
14:53
504
13:00
728
12:59
798