“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
Siyarto: Macarıstan neft tədarükü bərpa olunmadan Ukraynanın maliyyələşdirilməsini dəstəkləməyəcək
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib
Quterreş: “Qlobal əməkdaşlıq olmadan davamlı sülhə nail olmaq çətindir”
21 Yanvar 2021 18:58
3 073
"Azərnews" qəzetində 21 yanvar tarixində çap olunmuş “Ermənistanın otuz illik işğal zamanı Azərbaycana qarşı törətdiyi ekoloji terror” adlı məqalədə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonun ekosisteminə, vəhşi təbiətinə və təbii ehtiyatlarına vurduğu ciddi zərədən bəhs olunur.
Trend-in məlumatına görə, məqalədə Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasını nəzərdə tutan üçtərəfli noyabr sülh müqaviləsi çərçivəsində tərk etməli olduqları bölgələrdə geniş miqyaslı ekoloji terror aktlarına və eləcə də son 3 onillik ərzində törətdikləri ekoloji terror əməllərinin miqyası barədə söhət açılır.
Üctərəfli müqavilənin imzalanmasindan sonra, Kəlbəcərdə evlərə od vurulması, ağacların kütləvi şəkildə doğranıb, yuk maşınlarında Ermənistana götürülməsi, Şuşada fosfor bombaları ilə meşə zolağının yandırılması, Zəngilan, Qubadlı, Cəbrayıl və digər işğaldan azad edilmiş rayonlarda 2,000 yaşı olan ağacların kəsilməsi barədə məlumatlar yazıda öz əksini tapıb.
Mütəxəssislərin Ermənistanın törətdiyi ekoloji dağıntının miqyası ilə bağlı rəyi ətraflı şəkildə əks olunmuşdur.
Eləcə də, Ermənistanın törətdiyi coxsaylı müharibə cinayətlərinin tərkib hissəsi olan ekoloji terror aktları ilə bağlı Azərbaycan rəsmi dairələrinin sərgilədiyi münasibət, məsələni beynəlxalq təşkilatlarin diqqətinə çatdirilması yönündə gorülən işlər və ətraf mühitin mühafizəsi ilə məşğul olan beynəlxalq təkilatlardan hələ də gözlənilən adekvat cavabın alınmaması məsələsinə toxunulur.