Kreml Aİ liderlərinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatını şərh etməyib
Fitch Solutions: Azərbaycan enerji və geosiyasi üstünlüklərlə mövqelərini möhkəmləndirir
Vətən müharibəsi və antiterror əməliyyatında iştirak edənlər cəzalarından tam azad ediləcək
Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi müəyyənləşib
Amnistiya ilə cəzanın müddətindən asılı olmayaraq azad ediləcək şəxslərin dairəsi məlum olub
26 Yanvar 2021 14:24
1 708
“Biz Xəzər Gəmiçiliyini müasirləşdirmişik, Xəzərdə ən böyük donanmaya sahibik və hər il donanmaya yeni gəmilər təqdim edilir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır: “Birincisi, biz limanı Bakı şəhərindən çıxardıq. Bu, Bakının ekoloji vəziyyətinə müsbət təsir göstərmişdir, eyni zamanda, yeni istirahət zonası yaradılıb. Əlbəttə ən müasir dəniz ticarət limanının işə düşməsi bizim imkanlarımızı böyük dərəcədə artırıbdır”.