Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir
Şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsi üzrə xidmətlər onlayn təqdim ediləcək
Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
Prezident İlham Əliyev Avstraliyanın Baş nazirinə başsağlığı verib
22 Fevral 2021 14:42
2 450
“ABŞ sanksiyaları ləğv etməyincə nüvə sazişinin iştirakçı ölkələri arasındakı danışıqlarda iştirak edə bilməz”.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Səid Xətibzadə bildirib.
“Hazırda rəsmi Vaşinqton nüvə razılaşmasının iştirakçısı deyil. Buna görə də onun Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə danışıqlarda təmsil olunmaq hüququ yoxdur”, - deyə XİN rəsmisi vurğulayıb.
Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ölkəsi “5+1” formatlı danışıqlarda iştirak etməyə hazırdır.
Avropa İttifaqı isə qurumun bu müzakirələrə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, "5+1" ölkələrinə Rusiya, Böyük Britaniya, Çin, Fransa və Almaniya daxildir.