Kərimlinin qərargah şousu Siyasət

Kərimlinin qərargah şousu

Söhrab Abdullayev: "Kiçik bir məsələni şişirdib, gündəmdə qalmaq içtəyirlər"
Elşən Həsənov: "Cəmil Həsənlini dilləndirən də elə onun maraqlarından irəli gələn məsələlərdir"

Martın 3-də AXCP-nin kirayə etdiyi ofisdə partlayış Baş verib. Əlaqədar rəsmi qurumlar bu hadisəyə rəsmi açıqlamalr versələr də, adıçəkilən partiya və tərəfdarları bundan siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Milli Şuranın sədri Cəmil Həsənlinin isə məsələ ilə bağlı açıqlaması cəmiyyətdə biomənalı qarşılanmır.
Qeyd edək ki, Cəmil Həsənli partlayış hadisəsinin hakimiyyət orqanları tərəfindən törədildiyini iddia edir. Bəyanatını isə bu cümlələrlə bitirir: "Qəzavət yolunda qəzan mübarək Xalqın Cəbhəsi".
Onu da bildirək ki, əlaqədar qurumlar bu məsələ ilə bağlı rəsmi məlumat yayıblar.
"Azəriqaz" İstehsalat Birliyi də Azərbaycan Xalq CəbHəsi Partiyasının (AXCP) ofisinin yerləşdiyi qeyri-yaşayış sahəsində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.
İstehsalat Birliyindən verilən məlumatda bildirilir ki, martın 3-də Bakı şəhəri Nərimanov rayonu, Şıxəliyev küçəsi, 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yanğınla müşayiət olunan partlayışın təbii qazla heç bir bağlılığı yoxdur.
Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında qeyd edildiyi kimi, hadisə yerinə ilkin baxış zamanı biri tam dağılmış, digəri isə yanğının təsirinə məruz qalmış 2 ədəd propan qaz balonu aşkar edilmiş, təmizləmə işləri aparılmaqla hadisə yerinə baxışın keçirilməsi davam etdirildiyi zaman isə qeyri-yaşayış sahəsinin alqı-satqı üçün icarəyə götürülmüş hissəsində, qapıdan sol tərəfdə olan yanğından sonrakı qalıqların arasından masa üstü tipli bir gözlü qaz plitəsi, ona qoşulmuş rezin qaz borusu, rezin qaz borusunun əlavə hissəsi, otağın təxminən orta hissəsində qaz balonunun parçalanmış gövdəsinin bir hissəsi, qapı ilə üzbəüz olan divarın yanında qaz balonunun gövdəsinin altlığı və qaz plitəsinin üzərinə qoyulan metal barmaqlıq, eləcə də müxtəlif növ elektrik naqilləri, üçlüklər və bir ədəd elektrik açarı aşkar olunaraq götürülüb.
Baxış zamanı qeyri-yaşayış sahəsinin alqı-satqı ofisi kimi icarəyə götürülmüş otağının arakəsmə divarlarının dağılma və uçma əlamətlərinə əsasən, partlayışın (yanğının) mənbə zonasının məhz həmin otağın içərisində yerləşməsi müəyyən edilib. Həmin otağın içərisində qaz balonlarının və üzərində rezin boru birləşməsinin olduğu qaz avadanlığının aşkar edilməsi, həmçinin onların üzərində dağılma və parçalanma izlərinin mövcud olması partlayışın məhz həmin qaz avadanlıqlarından düzgün istismar edilməməsi nəticəsində baş verməsinə xarakterikdir.
Qeyd edək ki, bu məsələyə Yeni Azərbaycan Partiyasından da reaksiya gəlib.
Partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AXCP-nin qərargahında baş vermiş partlayışı hakimiyyətin təxribatı kimi qiymətləndirənləri tənqid edib. YAP rəsmisinin sözlərinə görə, burada hər hansı bir təxribatdan söhbət gedə bilməz və hadisə səhlənkarlıqdan baş verib: "Müxalifət bir hadisə baş verdikdə onun məsuliyyətini iqtidarın üstünə atmağa çalışır. Hər hansı bir AXCP üzvü yolla gedərsə və külək ağacı onun üstünə aşırsa, deyəcəklər ki, bu iqtidarın təxribatıdır. Səhlənkarlıq nəticəsində digər yerlərdə və dövlət idarələrində də belə hallar olur".
Yurddaş Partiyasının sədri Mais Səfərli söyləyib ki, AXCP-nin qərərgaHında baş vermiş partlayışdan sonra partiya rəhbərliyinin bunun hakimiyyət tərəfindən törəldilməsini söyləməsi bir daha sübut edir ki, bu partiya və onun rəhbərliyi siyasi şou ilə məşğul olurlar: "Bu isə yanlış və iyrənc hərəkətdir". Mais Səfərli qeyd edib ki, bu cür hadisələrdən siyasi şou məqsədilə istifadə etmək yaramazlıqdır: "Partlayış olub, hadisə araşdırılır. AXCP rəhbərliyi adət edib ki, hər şeydən şou düzətsin. AXCP-nin bu iddiaları yersizdir".
Ədalət Partiyasının aparat rəhbəri Mütəllim Rəhimli söyləyib ki, AXCP-nin qərərgahında baş vermiş partlayışdan sonra partiya rəhbərliyinin bunun hakimiyyət tərəfindən törəldilməsi ilə əlaqədar bəyanatlar verməsi təmamilə yanlışdır. Partiya rəsmisi qeyd edib ki, hadisənin səbəbləri ilə bağlı işlər davam edir və hadisə araşdırılır: "Mətbuatdan da izləyirik ki, bu hadisə ilə bağlı işlər, araşdırma davam edir. Hadisənin hansı səbəbdən baş verməsi yaxın zamanlarda tam olaraq açıqlanacaq".
"EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov isə "Əli Kərimli əvvəlcə deyir ki, partlayış AXCP-nin qərargahında yox, qərargahın zirzəmisindəki bərbərxanada baş verib. Sonra da deyir ki, partlayış AXCP-yə qarşı təxribatdır. Adama sual verərlər ki, partlayış əgər qərargahda baş verməyibsə, bu necə AXCP-yə qarşı tərxribat ola bilər? O, baş vermiş hadisədən şou düzəltmək istəyir",- deyə vurğulayıb. O qeyd edib ki, AXCP-yə həmişə bir bəhanə lazım olub ki, səslərini başlarına atıb xırda bir hadisədən şou düzəltsinlər: "İnanın ki, onlar elə anti-milli şəxslərdir ki, ölkədə hər hansı bir bədbəxt hadisə baş versə, ondan da öz xeyirlərinə istifadə edəcəklər. Ölkəsinin, dövlətinin maraqlarını yadlara satan şəxslərdən başqa nə gözləmək olar ki? AXCP qərargahının yerləşdiyi binada tək cəbhəçilər olmur axı, orada başqa ofislər də var. Kim istəyər ki, hansısa pis bir olay baş versin? Partlayış olub, bunu araşdırmaq da hüquq-mühafizə orqanlarının işidir. Hadisəni başqa səmtə yönəltmək düzgün deyil".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Söhrab Abdullayev isə dedi ki, AXCP qərargahında olan partlayış ciddi hadisə deyiml: "Cəmil Həsənlinin bunu təxribat adlandırması isə yanlış addımdır. Təsdiq olunmamış bir məsələ ilə bağlı bu cür açıqlama verilməsi düzgün
deyil. Çox zaman Azərbaycan müxalifətinin radikal qanadında bir-birinə guya dəstək anlamında belə süni və saxta yanaşmalar ortaya çıxır. Bu, Milli Şuranın fəaliyyəti, seçki qabağı birləşmələrdə də özünü göstərdi. Onu da nəzərinizə çatdırım ki, Cəmil Həsənli deputat seçildikdən sonra AXCP-ni tərk etmişdi. Onların yenidən bir araya gəlməsi radikal müxalifət cameəsindəki fəaliyyətsizliklə bağlıdır. Kiçik bir məsələni şişirdib, gündəmdə qalmaq içtəyirlər".
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qeyd etdi ki, Cəmil Həsənli ilə AXCP arasında olan münasibətlərin şərh etmək niyyətində djeyil: "Amma bir şeyi dəqiq deyə bilərəm ki, siyasətdə əbədi dost və ya düşmən yoxdur. Burada əbədi maraqlar var. Bundan da o nəticəyə gəlmək olar ki, Cəmil müəllimi dilləndirən də elə onun maraqlarından irəli gələn məsələlərdir".

Əli