Azay Quliyev yeni yaradılan qurumun sədri seçilib Siyasət

Azay Quliyev yeni yaradılan qurumun sədri seçilib

Millət vəkili Azay Quliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri seçilib!
Aprelin 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.
Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 19-da Azərbaycanda qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" 2007-ci il 13 dekabr tarixli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxsin yaradılmasına qərar verilib. QHT-lərə Dövlət Dəstəyi Şurasının hüquq və öhdəlikləri, habelə əmlakı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə keçib.