“Prezidentin Sərəncamı hərbiçilərimizə müsbət təsir edəcək” Siyasət

“Prezidentin Sərəncamı hərbiçilərimizə müsbət təsir edəcək”

"Prezidentin Sərəncamı hərbiçilərimizə müsbət təsir edəcək. Bu, bir daha dövlətin silahlı qüvvələrə və silahlı qüvvələrdə xidmət edənlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir". Bu sözləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib. O bildirib ki, Azərbaycan Prezidenti hər zaman silahlı qüvvələrə, Azərbaycan gəncliyinə, orduda xidmət edənlərə, şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib:"Onları mənzillərlə təmin edib, hətta maşınlar da verib. Həmin şəxslərə prezident tərəfindən təqaüd də verilir. İndi də sığortanın verilməsi, üstəgəl siğortanın verilmə müddəti üzərinə faizlərin gəlinməsi xüsusi diqqətdən irəli gəlir".
Emin Həsənli qeyd edib ki, dövlət başçısının imzaladığı sərəncamla hərbiçilərimiz sığorta ilə təmin ediləcək. Həmçinin ekspert vurğulayıb ki, hərbiçilərə diqqət öncələr də göstərilir, imtiyaz verilirdi. İmzalanan sərəncam isə orduda ruh yüksəkliyi yaradacaq: "Şəhid ailələrinə də bu sərəncam ciddi təsir edəcək. Onlara sığortalar veriləcək, verilməyən müddətə görə isə üzərinə 0,01 faiz hər gün üçün faiz gələcək. Bu, bir daha dövlətin şəhid ailələri və Qarabağ əlillərinə göstərdiyi diqqətin birbaşa bariz nümunəsidir. Onlara hər il xüsusi imtiyazlar, dəstəklər olur. Övladları təhsil haqlarından azad ediliblər. Qarabağ əlillərinin sağlamlığı ilə bağlı, şəhid ailələri və əlillərin övladlarının məşğulluğu ilə bağlı bir çox qanunlar var. Bu da növbəti bir addımdır. Bu gənclərimizin vətənpərvərlik ruhunun artırılmasına, vətənpərvər ruhda tərbiyə olunmasına, ordunun güclənməsinə, orduda əhval- ruhiyyənin yüksəlməsinə öz təsirini göstərəcək".

Əli