5 Oktyabr 20:23
5 Oktyabr 18:39
DB: Azərbaycan üçün növbəti mərhələ özəl sektorun inkişafını dəstəkləyən islahatlardır
Erich Morales: "Fitch" Azərbaycanın bank sektorunda əhəmiyyətli irəliləyiş müşahidə edir
Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu
Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
10 May 2021 19:59
4 396
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi, naxçıvanlıların fədakarlığı bütün bu planları – ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir.
Bunu Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər, öz marionetlərini gətirsinlər və faktiki olaraq Naxçıvanı da ermənilərə bağışlasınlar. Onlar buna da hazır idilər, təki Heydər Əliyev amili Azərbaycan siyasətindən götürülsün.
Ancaq Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi, naxçıvanlıların fədakarlığı bütün bu planları – ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir və Naxçıvanı Heydər Əliyev qorumuşdur, necə ki, ondan sonra Azərbaycanı böyük bəlalardan qoruya bildi. 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur".
5 Oktyabr 22:14
896
5 Oktyabr 21:39
784
5 Oktyabr 20:50
812