Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydasına dəyişiklik edilib
Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib
QHT sədri: İşğal dövründə Azərbaycanın suveren ərazilərində bioloji müxtəlifliyə xeyli zərər dəyib
QHT rəhbəri: Metsamor Atom Elektrik Stansiyası bağlanmalıdır
“Cənubi Qafqazda maraqların toqquşması əlavə gərginlik yaradır”
15:18
434
Estoniya parlamentinin nümayəndə heyəti 6-8 oktyabr tarixlərində Azərbaycana səfər edəcək.
Nümayəndə heyətinə Estoniya parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson, parlamentin üzvləri - Xarici Əlaqələr Komitəsinin üzvləri Henn Polluaas, Eerik-Niiles Kross və Birgit Keerd-Leppik daxildir.
Səfər çərçivəsində Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulur.
Nümayəndə heyətini Estoniyanın Azərbaycandakı səfiri Tiina Nirk müşayiət edəcək.