“Minsk qrupunun formatını dəyişdirilməsi nə qədər zəruri olsa da...” Siyasət

“Minsk qrupunun formatını dəyişdirilməsi nə qədər zəruri olsa da...”

Zahid Oruc: "Bir o qədər də çətin məsələdir"

"Hər halda ATƏT-in Minsk qrupunun 1992-ci ildə 11 dövlətdən ibarət olaraq təşkil olunması o demək idi ki, bu regionda olan hər bir ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə təsir göstərə bilər". Bu sözləri millət vəkili Zahid Oruc deyib.Onun sözlərinə görə, bu təşkilatda elə ölkələr var ki, məsələnin həlli prossesində elə də ciddi rol oynaya bilməz: "Ancaq ən azı 7-8 ölkənin imkanı var ki, o formatda yer alsın və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həll olunmasına cəhd göstərsin. Bu ölkələr arasında Türkiyə, Almaniya və bir sıra dövlətlər var ki, münaqişənin həllinə ciddi təsir göstərə bilərlər. ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi məsələsinin gündəmə gəlmə səbəbi isə, məhz həmsədrlərin bu məsələnin həllində heç bir uğur qazana bilməməsi ilə bağlıdır. Artıq bir çoxları məsələnin həlli üçün alternativ yollar axtarırlar. Bəziləri problemin BMT səviyyəsində həlli ehtimallarını irəli sürür, başqa biriləri isə ümumiyyətlə bu təşkilatlardan imtina edərək hərb yolu il problemin həll olunmasını tələb edirlər. Ancaq Minsk qrupunun formatını dəyişdirilməsi nə qədər zəruri olsa da, bir o qədər də çətin məsələdir. Mənim fikrimcə format dəyişikliyi olsa belə, məsələnin həlli məsələsində heç bir nailiyyət əldə olunmayacaq. Artıq Azərbaycan daha fərqli bir yol seçib. Bu yol münaqişənin iqtisadi, siyasi, diplomatik həlli müstəvisindədir".

Əli