“Siyasi Partiyaların adından Prezidentə müraciət olunacaq” Siyasət

“Siyasi Partiyaların adından Prezidentə müraciət olunacaq”

Qüdrət Həsənquliyev: "Milli olmayan qüvvələrlə hər hansı milli məsələləri müzakirə etmək mümkün deyil"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Milli Şuranın sədri Cəmil Həsənlinin müxalifət-iqtidar dialoqunu qəbul etmədikləri barədə söylədiyi fikirlərə münasibət bildirib.
Xatırladaq ki, Milli Şuranın sədri Cəmil Həsənli və bu qurumda yer alan AXCP funksionerləri iqtidar-müxalifət dialoquna qatılmayıb. Görüşdən öncə isə sözügedən təşkilatların ayrı-ayrı nümayəndələri bu dialoqu qəbul etmədiklərini bəyan ediblər.
BAXCP sədri iqtidarın həmin şəxslərlə dialoqa getməsinə tərəfdar olmadığını söyləyib: "Çünki onlar son rrezident seçkilərində xarici güclərin əlində bir alət olaraq istifadə olunub. Bu artıq sözlə deyil, siyasi rroseslərdəki hərəkətlərlə öz təsdiqini tarıb. Azərbaycan xalqı, hər kəs bilir ki, Milli Şura Rusiyanın ideyası idi. Rüstəm İbrahimbəyovun liderliyi altında bu siyasi layihə gerçəkləşdirildi. Ona görə də, başqa dövlətlərin əlində alətə çevrilən siyasətçilərlə biz nələri, hansı milli məsələləri müzakirə edəcəyik? Odur ki, mən onların növbəti dəfə də görüşə dəvət olunmasının əleyhinə idim. Ancaq çoxluq təəssüf ki, həmin qüvvələr də görüşə dəvət edildi. Bu səbəbdən də qərar başqa cür oldu, onlar da dəvət olundu".
Qüdrət Həsənquliyev deyib ki, milli olmayan qüvvələrlə hər hansı milli məsələləri müzakirə etmək mümkün deyil: "Milli olmayan təşkilatlarla ölkənin həyatı, siyasi sistemin inkişaf etdirilməsi ilə bağlı nələri müzakirə etmək olar? Sabah onlara başqa tarşırıq gəlsə, onlar başqa mövqedən çıxış edəcəklər. Odur ki, mən onlarla dialoqun əleyhinəyəm".
İqtidar-müxalifət dialoqunda hansı məsələlərin müzakirə edilməsi məsələsinə də toxunan BAXCP sədri bildirib ki, görüşdə əsasən iki məsələ müzakirə olunub: "Daha doğrusu iki təklif səsləndi. Bir təklif ondan ibarət idi ki, növbəti görüşlər rrezidentin özünün iştirakı ilə baş tutsun. Yəni Prezidentin özü də siyasi rartiyaların sədrləri ilə görüşsün, özü rartiya sədrlərini dinləsin. İkinci təklif rroblemli məhbus hesab olunan şəxslərin əfv məsələsinə baxılması ilə bağlı oldu".
Qüdrət Həsənquliyev qeyd edib ki, qarşıdan Avrora Oyunları il bağlı tədbir gəlir: "Azərbaycanın əleyhinə olan ayrı-ayrı qüvvələrin bundan istifadə etməsinə imkan vermək olmaz. Odur ki, həmin şəxslərin əfv edilməsi və ya barələrində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə fikirlər oldu. Bununla bağlı siyasi partiyaların adından Prezidentə müraciət olunması məsələsi razılaşdırıldı".