Səfirdən senatorlara tərs “sillə” Siyasət

Səfirdən senatorlara tərs “sillə”

"Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır və uzun müddət vasitəçi, Minsk qrupunun həmsədrlərdən biri olaraq beynəlxalq hüququn normaları əsasında münaqişənin həllinin axtarışındadır". Bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bu ölkənin nüfuzlu həftəlik dərgisi "Ekspress"-də beynəlxalq ictimaiyyət tərəfindən Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması ilə bağlı qondarma "Fransa- Dağlıq Qarabağ parlametlərarası qrup"nun üzvləri senatorlar Sofi Juassen, Mişel Amyel, Marlen Muryenin çıxışlarını şərh edərkən bildirib. Səfirin sözlərinə görə, əgər Fransa Senatının üzvü Dağlıq Qarabağın "müstəqilliyi" uğrunda çıxış edirsə, onda o şəxsi fikrini bildirir, Fransanın mövqeyini yox.
Diplomatın sözlərinə görə, Fransa qondarma "Dağlıq Qarabağ" hökuməti ilə heç bir əlaqə saxlamır.