Türkiyə dünyaya sülh mesajı verəcək Siyasət

Türkiyə dünyaya sülh mesajı verəcək

Səfiri İsmayıl Alper Çoşqun: "Çanaqqala döyüşü Türkiyə və Azərbaycanın ortaq tarixidir"
"Biz Çanaqqala savaşının 100-cü ildönümünü qeyd edirik. Bununla bağlı Ermənistanla yazışma içərisində deyilik. Bu tədbirlərlə dünyaya çox böyük sülh mesajları vermək istəyirik. Hazırda bu mesajların verilməsini çox vacib hesab edirik".
Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun deyib.
Rusiyanın Çanaqqala savaşının 100-cü ildönümü ilə bağlı tədbirlərə qatılacağı barədə məlumatlara münasibət bildirən səfir bunları deyib: "Rusiya kimi çox yaxşı münasibətlər qurduğumuz bir ölkənin də bu tədbirdə ən yüksək şəkildə iştirak etməsini çox məmnunluqla qarşılaya bilərik".
Səfir tədbirdə konkret olaraq hansı ölkələrdən nümayəndələrin iştirak edəcəyi haqda məlumatının olmadığını söyləyib: "Amma Çanaqqala savaşı ilə əlaqəsi olan ölkələrin hamısına dəvətnamə göndərmişik. Biz bu tarixi hadisənin tanınması üçün ev sahibliyi etməyə hazırıq. Azərbaycan prezidenti də Türkiyədə səfərdə olanda bu tədbirlərə qatılacağını söylədi, biz bundan məmnunluq duyuruq".
İsmayıl Alper Çoşqun Türkiyә vә Azәrbaycanın da daxil olduğu bölgә üzrә üçtərəfli formatın effektiv şәkildә davam etdiyini vurğulayıb.
Səfir xatırladıb ki, bu format çərçivəsində artıq Türkmәnistan, Gürcüstan vә İranla əməkdaşlıq aparılır vә üçtərəfli formatın bölgәdәki digәr ölkәlәrlә dә tәşkil olunması planlaşdırılır: "Burada mәqsәd birdәn artıq ölkә ilә әmәkdaşlıq quraraq әmәkdaşlıq potensialını artırmaqdır. Bu әlaqәlәr dövlәt başçıları, xarici işlәr, müdafiә, iqtisadiyyat nazirlәri sәviyyәsindә aparılır. Bu tip әmәkdaşlığa Türkiyә vә Azәrbaycan çox önәm verir vә bu platformaların tәk bu üç ölkәyə deyil, bütün bölgәyә töhfә verәcәyinә inanırıq".
İsmayıl Alper Coşkun Qazaxıstanla da bu formatda əməkdaşlığın tәşkil olunmasının planlaşdırıldığını, bu sahәdә iş getdiyini vә güclü iradә olduğunu bildirib.
Səfir qeyd edib ki, 2015-ci il Türkiyә tarixi, Azәrbaycan-Türkiyә ortaq tarixi baxımından önәmli ildir. Onun sözlərinə görə, Çanaqqala döyüşü də Türkiyə və Azərbaycanın ortaq tarixidir: "Çanaqqala döyüşü ilə bağlı keçirilən tədbirlərlə Türkiyənin dünyaya vermək istədiyi sülh mesajına baxdıqda onun keçdiyi yolla digər ölkələrin keçdiyi yolun necə fərqli olduğunu görürük. İnsani dәyәrlәrin önə çıxarılmalı olduğu bir vaxtda kin, nifrət, başqalarına düşmənçilik kimi addımların atılması bu mesajların nə dərəcədə vacib olduğunu göstərir".
Səfir Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu və hər iki ölkənin bir-birinə çox dəyər verdiyini deyib: "Bütün dünya bunu belә bilmәlidir. Gәnc nәsil bu fikirlә gәlәcәyә birlikdә hәrәkәt etməli, hәr kәs bu əlaqələrin güclәnmәsi üçün üzәrinә düşәn vәzifәni yerinә yetirmәlidir".
Bakıda Çanaqqala döyüşünün 100-cü illiyi ilə bağlı "100-cü ilində döyüşdən sülhə Çanaqqala" adlı layihə çərçivəsində "Yerində tarix" layihəsi həyata keçirilib. Layihə Yunus Əmrə İnstitutu tərəfindən təşkil olunub. İnstitutun Bakı Türk Mədəniyyət Mərkəzinin rəhbəri Ali Curanın sözlərinə görə, layihə çərçivəsində 25 nəfərdən ibarət tələbə, müəllim və vətəndaş cəmiyyəti üzvləri martın 12-də Türkiyəyə göndəriləcək. Mərkəzin direktoru bildirib ki, onlar martın 22-nə kimi Çanaqqala və Türkiyənin digər şəhərlərinə gedəcək, Türkiyə tarixi və mədəniyyəti ilə yaxından tanış olacaqlar.