Elxan Süleymanov AŞ PA Monitorinq Komitəsinin iclasına qatılacaq Siyasət

Elxan Süleymanov AŞ PA Monitorinq Komitəsinin iclasına qatılacaq

Milli Məclisin üzvü Elxan Süleymanov AŞPA Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün martın 16-dan 19-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.
MM-dən APA-ya verilən məlumata görə, tədbirdə Monako və Monteneqro ilə monitorinq sonrası dialoq, bu ölkələrin AŞPA qarşısındakı öhdəliklərinin icra vəziyyəti araşdırılacaq. İclasda Ukraynadakı son hadisələrlə və dünyadakı dondurulmuş münaqişələrlə bağlı müzakirələr də keçiriləcək.