“31 mart soyqırımının dünyada tanıdılması olduqca vacibdir” Siyasət

“31 mart soyqırımının dünyada tanıdılması olduqca vacibdir”

Rövşən Rzayev: "Bu, erməni xisləti, erməni təbiətinin ifşası baxımından da olduqca əhəmiyyətlidir"

1918-ci ilin martında ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı cinayəti və bu cinayəti törədənləri dünya tanımalıdır. Bunu millət vəkili Rövşən Rzayev deyib. Millət vəkili 31 mart soyqırımının tanıdılması istiqamətində müəyyən işlərin görüldüyünü vurğulasa da, bu yöndəki fəaliyyəti davam etdirməyin vacib olduğunu qeyd edib: "Təbii ki, bu istiqamətdə çox mühüm addımlar atılıb. Çoxlu işlər görülüb. Lakin hesab edirəm ki, bütün bunlarla yanaşı, yenə də bu istiqamətdəki işimizi davam etdirməliyik. 31 mart soyqırımının dünyada tanıdılması, beynəlxalq ictimaiyyətin bununla bağlı məlumatlandırılması olduqca vacibdir. Bu, erməni xisləti, erməni təbiətinin ifşası baxımından da olduqca əhəmiyyətlidir".
""Human Rights Watch" və digər onun kimi insan haqları ilə bağlı olan təşkilatların fəaliyyətindən çox narazıyam", -deyən millət vəkilinin sözlərinə görə, bir milyondan artıq qaçqın və məcburi köçkünümüz öz yurd-yuvalarından didərgin düşüb və onların haqqı pozulub: "Çox təəssüf ki, bu günə kimi də onların mövqeyi dünya ictimaiyyətinə bəlli deyil. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, sifarişli hərəkətləri dünya ictimaiyyətinə çatdıran təşkilat heç bir zaman uğur əldə edə bilməyəcək. Mən təəssüf edirəm ki, bu cür təşkilatlar dünya ictimaiyyətinə öz mövqelərini çatdıra bilirlər. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük uğurdur. Bu, Azərbaycanın dünya ölkələri, aparıcı dövlətlər arasında güclü və etibarlı tərəfdaş olduğunu sübut edən amildir. Təbii ki, bunun üçün də Azərbaycana şərait yaradılıb. Ölkəmizdə idmana olan münasibəti görərək, idmanın səviyyəsini bilərək bu cür oyunların Azərbaycanda keçirilməsi rəsmi Bakının uğurları deməkdir".
R.Rzayev əminliklə bildirib ki, Azərbaycanda ilk Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək: "Çünki ilk günündən ən ciddi yanaşma ortalığa qoyulub. Ən müasir idmanla bağlı təşkilatlar özləri Azərbaycan rəhbərliyi və ölkəmizdə Avropa oyunları ilə bağlı yaradılan Komitəylə birbaşa sıx əlaqədədirlər. İnanıram ki, Azərbaycan elə bir qüdrətli dövlətdir ki, əgər bunu öz üzərinə götürübsə, onu layiqincə başlayacaq və sona çatdıracaq. Mən ölkəmizin idmançılarına böyük uğurlar arzulayıram".
Deputat sonda Avropa Birliyinin ordu yaratmaq istəyinə də münasibət bildirib: "Düşünmürəm ki, Avropa Birliyinin Ordu yaratmaq istəyi qəti qərar qəbul olunmuş bir məsələdir. Ümumiyyətlə bu, NATO-ya qarşı alternativ də olmayacaq. Əgər olsa belə, onlar birgə fəaliyyət aparacaqlar".

Əli