Avropa və Azərbaycanda vətəndaş cəmiyyəti ideyasının müqayisəli təhlili Layihə

Avropa və Azərbaycanda vətəndaş cəmiyyəti ideyasının müqayisəli təhlili

"Vətəndaş cəmiyyəti nədir?" sualına verilə biləcək çoxsaylı cavablar var. Bu cavabların rəngarəngliyi onu deməyə əsas verir ki, vətəndaş cəmiyyəti geniş şaxəli struktura və məzmuna malikdir. Ancaq bu məsələni xarakterizə edərkən bir məqamda ortaq fikrə gəlmək mümkündür: vətəndaş cəmiyyəti dövlət-vətəndaş münasibətlərinin sərhədlərini müəyyənləşdirmək istəyindən doğan reallıqdır. Maraqlıdır ki, bu münasibətlərin çərçivəsi müəyyənləşdirilərkən vətəndaş cəmiyyəti dövlətin deyil, vətəndaşın yanında yer alır. Ancaq burada vətəndaşın dövlətə qarşı cəbhə almasından söhbət getmir. Burada vətəndaşa öz hüquq və azadlıqları, həmçinin məsuliyyət və öhdəlikləri aşılanır. Başqa sözlə, vətəndaş cəmiyyəti şəxsiyyətin demokratik hüquqlarının müdafiəçisi rolunda çıxış edərək, onun azadlığının təmin olunmasına çalışır; eyni zamanda vətəndaşa dövlət qarşısındakı hüquq və vəzifələrinə məsuliyyətlə yanaşmaq tərbiyəsini aşılayır. Bu məqsədə çatmaq üçün vətəndaş cəmiyyətinin əsas alətləri qeyri-hökumət təşkilatları, yaxud qısaca desək, QHT-lərdir.
"Vətəndaş cəmiyyəti" dedikdə cəmiyyətin xüsusi tipi, özünəməxsus sosial-iqtisadi, siyasi, hüquqi təbiəti, inkişaf və yetkinlik səviyyəsi olan cəmiyyət nəzərdə tutulur. Vətəndaş cəmiyyəti bir növ "dövlətsizləşmiş cəmiyyət olub dövlət və hüququn tarixi inkişafında müəyyən bir mərhələni təşkil edir. Qeyri-dövlət münasibətlərinin məcmusu olan bu cəmiyyətdə azad vətəndaşların könüllü birləşmiş strukturları mövcuddur və cəmiyyətə dövlətin müdaxiləsi qeyri-mümkündür. Vətəndaş cəmiyyəti insanların sosial, iqtisadi, dini, əxlaqi, mədəni maraqlarının formalaşdığı, reallaşdığı və müdafiə edildiyi sosial əlaqələr sistemidir.
Hələ XVIII-XIX əsrlərdən başlayaraq "vətəndaş cəmiyyəti" anlayışı insanların digər birlik formalarından ayrıca öyrənilməyə başlanmışdır. Yeni dövrdən başlayaraq Qərbdə vətəndaş cəmiyyəti yaranmışdır. Bu cəmiyyətin gerçəkləşməsi üç mərhələdən keçmişdir: XVI-XVII əsrləri əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyətinin siyasi, iqtisadi və ideoloji zəmini formalaşmışdır. XVIII-XIX əsrləri əhatə edən ikinci mərhələdə vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və liberal-demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində inkişaf edir. Bu dövrdə suveren, hüquqi, demokratik dövlət, parlament yaranır, vətəndaş cəmiyyəti üzvlərinin hüquq və azadlıqları qorunur.
Vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini əhatə edir. Bu dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi.
Vətəndaş cəmiyyətini qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər. Bu cəmiyyətin siyasi cəmiyyətin alternativi və əksi kimi yarandığını iddia edənlər də var. Vətəndaş cəmiyyəti dar mənada "mülki cəmiyyət" kimi də qeyd olunur. Mülki cəmiyyət dedikdə, qeyri-dövlət quruluşu, dövlətin müdaxiləsinə məruz qalmayan, azad və bərabərhüquqlu adamların cəmiyyəti başa düşülür. Burada azad sahibkarlıq, təşəbbüskarlıq mühiti hakimdir.
XX əsrin sonlarında Şərqi Avropa və postsovet məkanında baş verən köklü dəyişikliklər, totalitarizmdən demokratiyaya, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yol açdı. Sosial əsasını vətəndaş cəmiyyətinin təşkil etdiyi hüquqi dövlət quruculuğu gedişində qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi, hüquqi mədəniyyət və və hüquqi savadlılıq dərəcəsinin yüksək olması gerçəkləşir. Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Vətəndaş cəmiyyəti üzvləri üçün birgə yaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır.
Vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələr deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda, kompromis və konsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür.
Fəlsəfə elmləri namizədi Dilarə Müslümzadənin fikrincə, Azərbaycanda vətəndaş cəmiyyəti ideyasının perspektivləri və problemləri Azərbaycan siyasi fəlsəfəsi və publisistikasında xüsusi maraq doğurur. Vətəndaş cəmiyyəti ideyalarının perspektivləri şüurun perspektivləri ilə əlaqəlidir. Bu məsələlərə qarşı etinasızlıq siyasi və iqtisadi institutların yaranması birliyin şüurunu, onun dəyərləri və birinciliyindən asılı olmayaraq dəyişə bilər. Beləliklə, bənzər mövqe ona gətirib çıxarır ki, ictimai şüurda ictimai şüura qarşı statik və passiv monolit fenomen kimi münasibət yaranır. Bu səbəbdən də millətin şüurunu konfiqurasiya və ya şüurun müxtəlif tiplərinin qarşılıqlı münasibətləri kimi anlamaq lazımdır, vətəndaş cəmiyyəti ideyalarının cəmiyyətin heç olmazsa bir hissəsinin şüurunun "meyn-strimə" çevrilmə yollarını axtarmaq lazımdır. Bizim fikrimizcə, bu differensiasiyanın fəlsəfi refleksiyada mənimsənilməsi vətəndaş cəmiyyəti ideyalarının inkişafına və cəmiyyətin inkişafı üçün adekvat hüquqi və siyasi-iqtisadi modelin axtarışına təkan verir. Bu cür yanaşmaya dürüst ifadə ancaq bunları anlamaqla mümkündür: Qərb fəlsəfəsində maraqların və şüurların differensiasiyasının əhəmiyyətliliyi barədə təəssürat yaranıb və onların qeyri-məcburi konsolidasiya yollarının axtarılmasının zəruriliyi ortaya çıxıb.
Vətəndaş cəmiyyətinin ideya formalaşması bizi bu nəticəyə gətirir ki, vətəndaş cəmiyyəti dövlət və ictimai həyatın differensiasiyası, şəxsi və ümumi maraqların differensiasiyası, hüquq, din, əxlaq, ədəb qaydaları differensiasiyasından başlayır. Dövlət, ictimai, şəxsi həyatın differensiasiyası problemləri dövlət tərəfindən zəruri konsolidasiyanın problemlərini aktuallaşdırır. Faktiki olaraq Azərbaycan şüuru üçün sual belə qoyulmalıdır: dövlətin və vətəndaşların şəxsi mülkiyyətə, yəni fərdi azadlığa və seçimə olan xüsusi "müqəddəs" münasibəti olmadan vətəndaş cəmiyyətinin ideyası mümkündürmü? Azərbaycanda siyasi və iqtisadi differensiasiya gedir, şəxsi maraqlar formalaşır və "kölgəli iqtisadiyyatın" çərçivəsindən tədricən çıxılır. Baxmayaraq ki, yuxarıda söylənilən dəyərlər hələ ictimai, korporativ, fərdi şüur tərəfindən qəbul olunmayıb, lakin tendensiyalar meydana çıxıb və növbəti differensiasiyaya yönəlmişdir. Əhali arasında orta sinif, müxalif siyasi qüvvələr, menecerlər, alimlər, tələbələr arasında keçirilmiş hesablamalar göstərir ki, bu təbəqənin şüuru vətəndaş şüurunun prototipi kimidir, ancaq bunlar şəxsi maraqların və ictimai şüur təsəvvürlərinin konfliktləri ilə rastlaşır. Vətəndaş cəmiyyəti fəlsəfi, siyasi-iqtisadi, əxlaqi mənada şüurun çağırışlarına cavab verir, konfrontasiyaya yox, əməkdaşlığa can atır. Onun əməkdaşlığa meyli, həqiqət, əxlaq, ədalət, dövlətin vacib modeli, ədalətli hakimiyyət və nisbi müqavilə, konsensus yolu ilə sosium tərəfindən qəbul olunmuş qiymət kimi məfhumların məna dəyişməsinə səbəbdir. Azərbaycanda buna canatma var, lakin çətinlik burasındadır ki, protovətəndaş şüur həqiqəti, əxlaqı və ədaləti mütləq məfhumlar kimi qəbul edir. Buna görə də, iki müxtəlif anlayış arasında konsensus yaranmır. Doğrudur, vətəndaş cəmiyyəti ideyası bura kənardan translyasiya edilib, lakin institutlar və dəyərlər prosesinin yaranması yenicə başlayıb. Baxmayaraq ki, ictimai şüur bütövlükdə dəyərlərin olmaması və vətəndaş cəmiyyətinin institutlarına inamı bir çağırış kimi mənimsəmir. Proseslərə həmin ideyaya münasibətdə müsbət-mənfi kontekstdə baxmaq olar. Bu ideyanın mənimsəmə və inkişafına imkan yaradan faktorlara aiddir:
a) xarici beynəlxalq mühit tərəfindən translyasiya (dünyəvi iqtisadi proseslər, siyasi strateji şərait və münasibətlər, "zamanın ruhu");
b) demokratik dövlətin formasının təyin edilməsi, milli bənzərlilik hissi;
c) iqtisadi differensiallıq və labüdlüyün dərki, bu şəraitdəki həyat yaradıcılığının hüquqi və əxlaqi əsaslarının axtarışı;
ç) cəmiyyətin sosial-sinfi strukturlarının inkişafı;
d) vətəndaş sosiomədəni faktorlarının elementlərinin inkişafı;
e) həmçinin yeni siyasi institutlara müvafiq yaranan ictimai-siyasi hərəkat partiyalarının və qrup maraqlarının qarşılıqlı əlaqəsi, siyasi subyektlərin protodemokratik prosedurlarla razılığı, siyasi etika kimi siyasi faktorların inkişafı;
ə) fərdi siyasi-psixoloji faktorlar (bilik, əhalinin şəhər təbəqəsinin peşə hazırlığı, məlumatlanmaı.
Mənfilərə isə bunlar aiddir:
a) Avropada vətəndaş cəmiyyəti ideyasının inkişafı tarixinin kifayət qədər öyrənilməməsi, bayağı marksizm, vətəndaş cəmiyyəti haqda əhalinin əsas təbəqəsi arasında kritik təsəvvürlərin yaranması və ən əsası, təhsil sisteminin vətəndaş cəmiyyəti ideyalarının baza postulatlarına olan biganəliyi;
b) "kolgəli iqtisadiyyat"ın ölçülərinin saxlanılması buna gətirib çıxarır ki, real münasibətlər şəxsi və korporativ maraqların verballığının açılmasına əngəl olaraq qalırlar;
c) siyasi-iqtisadi münasibətlərin ideologiyası, inteqrallaşan maraqları müdafiə edən dövlətin bir aparat kimi təsəvvürünü təsdiq edir və yaradır;
ç) siyasi kütlənin şüurunda alternativ hiss olunur: ya ümumi (milli) maraqlar, ya şəxsi maraqlar;

Cavid