“Mikoyan siyasi hadisələrinin aktiv iştirakçı, bolşevik və BXKS üzvü olub” Layihə

“Mikoyan siyasi hadisələrinin aktiv iştirakçı, bolşevik və BXKS üzvü olub”

Vaqif Abışov: "O, 1918-ci ilin martında Bakıda türk-müsəlmanlara qarşı törədilən qırğınlarda erməni silahlı dəstələrinin birinə rəhbərlik edib"

"1917-1918-ci illərdə Cənubi Qafqazın siyasi baxımdan ən çox inkişaf etmiş şəhərləri olan Bakı və Tiflis xüsusi əhəmiyyat kəsb edirdi. Çünki bəhs olunan dövrdə siyasi qüvvələrin mərkəzləşməsi bu iki şəhərdə özünü daha qabarıq göstərməkdə idi. Tiflisdə Müvəqqəti hökumətin əsas dayağı olan Xüsusi Cənubi Qafqaz Komitəsi rəsmi hakimiyyəti təmsil etdiyinə görə başqa təşkilatlara nisbəttə güclü görünürdü. Bununla yanaşı gürcü menşevikləri də kütlələr arasında nüfuzu olduqca böyük idi. Bakıda da siyasi hakimiyyət uğrunda, eləcə də, kütlələri öz tərəfinə çəkmək üçün müxtəlif siyasi təşkilatlar arasında çox ciddi mübarizə gedirdi". Bu fikirləri AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov "Bakı Xalq Komissarları Sovetinin qurulmasının tarixi" (tarixşunaslıq məsələsi) adlı yazısında qeyd edir. Vaqif Abışov bildirib ki, Sovet hakimiyyəti dövründə BXKS-nın yaranması, fəaliyyəti və süqutuna aid bir çox elmi tədqiqat əsərləri yazılmışdı: "Xüsusilə, XX əsrin 20-ci illərindən başlayaraq hər 10 ildən bir Bakı Xalq Komissarları Sovetinin yaranma və fəaliyyət tarixi ilə bağlı qərarlar qəbul edilmiş və problemlə əlaqədar yeni-yeni əsərlərin yazılmasına imkan vermişdi. Oktyabr inqilabından sonra dünyanın müəyyən bir hissəsində yeni quruluşun, sosializm quruluşunun əsası qoyuldu. Bu quruluşun bütün sahələrə olduğu kimi, tarix elminə də yanaşması əvvəlkilərdən fərqli olmuşdur. Bu yanaşmaya marksizm-leninizm metodologiyası deyilirdi. 1917-ci ildən sonra ümumdünya tarixinə yanaşmanın iki xətti – burjuaziya və sosializm xətti ortaya çıxmış oldu. Sovet dövründə, elmin bütün sahələrində olduğu kimi, tarix elmində də vahid marksizm-leninizm xətti var idi. Həmin xəttdən heç kim kənara çıxa bilməzdi. Məsələ belə qoyulurdu, ya sovet sisteminə uyğun yazmalısan, ya da yazmamalısan".
Onun sözlərinə görə, müxtəlif vaxtlarda Sovet tarixçiləri vahid ideoloji xətt çərçivəsində Bakıda bolşeviklərin Sovetdə hakimiyyətini ələ alınması, onların əməli fəaliyyətləri haqqında bir çox elmi-tədqiqat əsərləri yazmışdılar: "Lakin onların əsərlərində, boşeviklərin Bakı Sovetində hakimiyyəti ələ almasına, eləcə də BXKS-nın dörd aylıq fəaliyyətinə böyük həcmli monoqrafiyalar həsr etsələr də, bir çox həqiqətləri ört-basdır edilmiş, əsl həqiqətlər uzun müddət xalqdan gizlədilmişdi. Mövzunun tarixşünaslığı Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra işlənməyə başlanmışdır. Hələ Sovet hakimiyyəti qurulanadək, ayrı-ayrı bolşevik xadimlərinin o dövrdə müxtəlif qəzet səhifələrində çap olunmuş məqalələrində, Cənubi Qafqazda, xüsusən, Azərbaycanda baş verən hadisələrə özlərinin siyasi baxışlarına uyğun olaraq qiymət vermişdilər. Digər tərəfdən, 1917-1920-ci illərin hadisələri ilə bağlı, həmin proseslərdə aktiv iştirak etmiş, sonralar partiya və sovet dövlət orqanlarında yüksək vəzifələrdə işləmiş şəxslərin tədqiqat xarakteli olmayan əsərləri işıq üzü görüüb.
Sonralar Bakı Xalq Komissarları Sovetinin qurulması və fəaliyyəti ilə bağlı Sovet tarixşünaslığı hazırlanarkən həmin şəxslərin əsərləri Sovet tarixçiləri üçün əsas istiqamətverici amillərdən biri olub. "Bakı Xalq Komissarları Sovetinin qurulmasının tarixi (tarixşünaslıq məsələsi)" məqaləsi 1917-1918-ci illərdə bolşeviklərin Bakı Sovetində hakimiyyəti ələ almaları və Bakı Xalq Komissarları Sovetinin qurulması, fəaliyyəti və süqutu ilə bağlı 1920-ci illərdə yazılmış əsərlərin (buraya məqalələr, xatirələr, ayrı-ayrı partiya və sovet dövlət xadimlərin bir-birləri ilə yazışmaları daxildir) müəyyən bir hissəsinin təhlilinə yönəlib. Həmin əsərlərdə 1917-1918-ci illərin siyasi hadisələrinin öyrəniməsində həm mənbəşünaslıq, həm də tarixşünaslıq baxımından müəyyən əhəmiyyət kəsb edir. Məqalə işlənərkən – "Keçmişdən. Bakıda fəhlə hərəkatı və Bakı təşkilatının tarixindən məqalələr və xatirələr" (1) (1923-cü ildə İSTPART-ın xətti ilə nəşr olunub), "Keçmişdən. Azərbaycanda Oktyabr inqilabı və Bakı bolşevik təşkilatının tarixi üzrə materiallar məcmuəsi" (2) (1924-cü ildə nəşr olunub) kitablardan istifadə olunub. Hər iki kitabda ayrı-ayrı kommunist xadimlərinin və həmin dövrün siyasi hadisələrinin bu və ya digər formada iştirakçısı olmuş şəxslərin məqalələri toplanmışdır. Bu məqalələrin ideya xətləri, demək olar ki, eynidir. 1923-cü ildə nəşr olunan "Keçmişdən. Bakıda fəhlə hərəkatı və Bakı təşkilatının tarixindən məqalələr və xatirələr" adlı kitab ön söz və 5 bölmədən ibarətdir (əslində kitabı tərtib edənlər ön sözü də ayrıca bölmə kimi qeyd ediblər. Birinci bölmə "ön söz" adlanır). Kitabın 2-ci bölməsində A.Mikoyanın "17-18-ci illərdə bolşeviklərin Bakı təşkilatı" adlı məqalələri problemlə bağlı müəyyən əhəmiyyət kəsb edir".
Vaqif Abışov hesab deyir ki, Mikoyan həmin dövrün siyasi hadisələrinin aktiv iştirakçı, bolşevik və BXKS üzvlərindən biri olub: "O, 1918-ci ilin martında Bakıda türk-müsəlmanlara qarşı törədilən qırğınlarda, bilavasitə erməni silahlı dəstələrinin birinə rəhbərlik edib. Mikoyanın məqaləsində fevral inqilabından sonra yaranmış vəziyyətdən istifadə edən partiyaların fəhlə kütlələri qarşısında öz proqramlarını təbliğ etmələri, ayrı-ayrı siyasi təşkilatlar arasında gedən mübarizədən bəhs olunur (1, s. 29). Müəllif eser, menşevik, daşnak və musavatçılarının Sovetdə üstünlük təşkil etmələrinə baxmayaraq, Baki sovetinin sədri bolşevik Şaumyanın seçilməsi inqilabın birinci ayı üçün xarakterik cəhətlərdən biri olduğunu göstərmiş və bunu Bakıda Şaumyanın şəxsən öz nüfuzu, biliyi və təcrübəsi ilə başqa siyasi xadimlərdən üstün olması ilə izah edib. Əslində Şaumyanın Bakı Sovetinin sədri seçilməsinin səbəbləri Mikoyanın yazdığı kimi deyil. Bakı Sovetində, əsasən, dörd siyasi təşkilat – eser, menşevik, müsavat və daşnaksütyun partiyaları rəqabət aparırdı ki, onlardan da ən üstünü eser və menşevik təşkilatları idi. Bolşeviklər isə Sovetin tərkibində azlıqda idi. Belə olan təqdirdə neytiral, hər-hansı siyasi təşkilatın tərəfini saxlamayan və qəbul olunacaq qərarlara təsir etmək imkanları məhdud olan, istər Mərkəzdə, istərsədə yerlərdə eser-menşevik və bolşeviklər arasında hələlik elə bir ciddi qarşıdurmanın olmadığı bir vaxtda bakı bolşeviklərinin içərisində az-çox tanınan Şaumyanın Sovetə sədr seçilməsi daha məqsədəuyğun olmasından irəli gəlirdi. Digər tərəfdən, fevral inqilabından sonra Mərkəzdə Müvəqqəti hökumətin, hələlik yeganə hakimiyyət orqanı kimi fəaliyyət göstərməsi Bakıda eser-menşevik təşkilatının fəaliyyətinə, hər-hansı qüvvə tərəfindən təhlükə görünmürdü. Ona görə Sovetdə çoxluq təşkil edən sağ qüvvələr bolşevik Şaumyanın Sovetin sədri seçilməsinə etiraz etməmişdilər. Çünki, onların, yəni eser-menşeviklərin Şaumyanı hər an Sovetin sədrliyindən uzaqlaşdırmaq imkanına malik idilər".
Müəllifin fikrincə, sovet tarixçisi E.S.Sef, Şaumyanın Baki Sovetinə sədr seçilməsinə Mikoyandan fərqli münasibət bildirib: "Onun sözlərinə görə Sovetdə təmsil olunan partiyalar arasında ziddiyətlərin mövcud olması onlardan hər-hansı birinin Sovetin rəhbərliyinə seçilməsinə imkan vermirdi. Bolşeviklər "Sovetdə olan müxtəlif meyilli və milli qruplar arasında, eləcədə ayrı-ayrı qrupların öz daxilində olan ziddiyyətlərdən məharətlə istifadə etməklə" Şaumyanın Sovetin sədri seçilməsinə nail olmuşdular. A.Mikoyan bolşeviklərin Bakının tam sahibi ola bilməməsini Bakı Sovetində "eserlərin, menşeviklərin, Daşnak və Müsavat partiyalarının Sovetdə çoxluq təşkil etmələri" əlaqələndirmişdi. Həqiqətən də Sovetdə, sovet tarixçilərin də etiraf etdiyi kimi, sağ qüvvələr çoxluq təşkil etdiyindən, bolşeviklər elə bir ciddi addımlar ata bilmirdilər. Bolşeviklər geniş kütlə arasında hələlik tanınmırdılar. Məhz bunun səbəbi idi ki, bu dövrdə bolşeviklərin fəhlə, əsgər və kəndlilər arasında nüfuzu olduqca aşağı idi. Yuxarıda qeyd etdiyimiz bu iki səbəbdən bolşeviklərin Bakı Sovetində azlıqda qalmışdılar. Mikoyan məqaləsində mart hadisələrinə qədər (1918-ci il martın 30, 31 və aprelin 1-dək ermənilərin Bakı şəhərində, onun ətraf kəndlərində törətdikləri soyqırım nəzərdə tutulur – V.A.) bolşeviklərin Bakıda mövcud olmuş hakimiyyət qrumlarını qeyd edib və bunların Caparidze başda olmaqla Bakı Sovetinin icraiyyə komitəsi, Qafqaz Qırmızı ordusunun hərbi-inqilabi komitəsi və nəhayət, mart hadisələri zamanı Şaumyan başda olmaqla Bakı şəhəri və onun rayonlarının müdafiə Komitəsindən ibarət olduğunu yazıb.
Mikoyan tərkibi yalnız bolşeviklərdən ibarət olan bir qrumun - Bakı Xalq Komissraları Sovetinin yaradılmasını xüsusi olaraq qeyd etmiş və bu qrumun hakimiyyətinin daha geniş əraziyə nəzarət etmək fikirində olduğunu göstərmişdi. Onun sözlərinə görə Bakı Xalq Komissraları Sovetinə, nəinki Bakı və onun rayonları, həm də müsavatçıların ələ keçirmədiyi yaxın qəzalar, eyni zamanda, tədricən Sovet hakimiyyətinin bayrağı altında duran Zaqafqaziyanın bəzi rayonları da tabe olacaqdır". Onun fikirinə görə bu hökumət, gələcəkdə tamamilə olmasa da, hər halda Şərqi Zaqafqaziyanı da əhatə etməli idi.
Mikoyanın bəhs olunan məqaləsində Bakı Sovetinin məğlub olmasınının səbəblərinə də toxunulmuşdu. O, qeyd edirdi ki, ordunun təşkilində və türklərə müqavimət göstərilməsində Bakı Soveti bir sıra səhvlərə yol verib. Həmin səhvlər Bakıda Sovet hakimiyyətinin məğlub olmasına az təsir göstərməmişdi. Daha sonra müəllif "Bakı proletariatının aclıq çəkməsi, menşevik və eserlərin bundan istifadə edərək fəhlələri aclıqla və türklərin şəhəri işğal edəcəyi təqdirdə onların öldürüləcəklərini təbliğ etmələri"ni onun səhvlərin sırasına aid etmişdir.

Əli