Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
İsrail Qəzzada HƏMAS-ın təlim bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb
17 Oktyabr 2025 16:17
4 123
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib.
"Report" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1142.25 xalla 123-cü pillədə qərarlaşıb.
Komanda əvvəlki siyahıda 1148,09 xalla 124-cü idi.
Yığma bu ay DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya 0:3, Ukraynaya isə 1:2 hesabı ilə uduzub.
Azərbaycan millisinin irəliliməsi 124-cü olan Toqo seçməsinin dörd sıra geriləməsi sayəsində mümkün olub.
Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində İspaniya (1880.76 xal) yer alıb.