Şovinizmin “pantürkizm” xofu Güney Azərbaycan

Şovinizmin “pantürkizm” xofu

İran rejimi Azərbaycan Milli Hərəkatını hədəfə alan kitab hazırlayıb

İranın şovinist rejimi Azərbaycan Milli Hərəkatına qarşı "İran holokostunda yəhud rəqsindən Azərbaycan pantürkizminədək" adlı kitab hazırlayıb.
Kitabda Azərbaycan həqiqətləri çirkin şəkildə təhrif edilib və Azərbaycan milləti və onun Milli Hərəkatına qarşı böhtanlarla dolu iddialar irəli sürülüb.
Kitabda bir neçə məqam xüsusi diqqət çəkir: Azərbaycan və Anadolu türklərinin tarix və kimliyinin dəfələrlə aşağılanması, Azərbaycan Milli Hərəkatının pantürkizm kimi təqdim olunması və onun "sionizmə bağlı olan bir cərəyan" kimi qələmə verilməsi, Qacar və Osmanlı dövlətlərinin təhqir və böhtanla yad edilməsi, Güney və Quzey Azərbaycanın bir-birindən ayrı millət kimi göstərilməsi, yəhudi dininə etiqad edənlərin təhqir edilməsi və s.
Kitabda eyni zamanda tarixdə biabırçı ad buraxan Əhməd Kəsrəvi və İnayətulla Rzanın saxta Aran və Azərbaycan nəzəriyyələri də təbliğ edilib. "Din və həyat" Düşüncə Evi tərəfindən nəşr olunan kitab çoxları tərəfindən oxunsun deyə İranın bütün şəhərləri, xüsusi ilə Güney Azərbaycanın şəhərlərində pulsuz paylanılıb.