Ana dili məhbusları Güney Azərbaycan

Ana dili məhbusları

Güneyli fəalın azadlığı üçün mülki vəsiqə təyin edilib

İslamşəhrin inqilab məhkəməsi tanınmış azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşinin azadlığa buraxılması üçün mülki vəsiqə qərarı çıxarıb.
Dünya Ana Dili Günü ilə bağlı keçirilən mərasimdə saxlanılaraq Evin zindanına aparılan fəal 100 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxıla bilər. Bildirək ki, Dünya Ana Dili Günü ilə bağlı fevralın 21-də Tehranın İslamşəhr məntəqəsində tədbir keçirilmişdir. Həmin mərasimlə bağlı tutulan azərbaycanlı fəallar Əkbər Azad, Həmid Mənafi, Behnam Şeyxi və Mahmud Ocaqlu hazırda həbsdə saxlanılır. Mərasimdə tutulanlardan Rüstəm Kazimpur və Mənsur Fəthi isə 1 ay saxlanıldıqdan sonra mülki girov qarşılığında sərbəst buraxılıblar.
Bu arada Behnam Şeyxi öz ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq aprelin 23-dən aclıq aksiyasına qatıldığını bildirib. Həmid Mənafi isə döş qəfəsindəki ağrılardan və bir sıra digər xəstəliklərdən əziyyət çəkdiyinə görə 10 gündən çoxdur Evin zindanının klinikaslndadır.