Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Güney Azərbaycanda həbslər davam edir

Güney Azərbaycanda həbslər davam edir Güney Azərbaycan

Güney Azərbaycanda həbslər davam edir

İran rejimin təqib və işgəncələrlə milli hərəkatı boğmağa çalışır

İran rejimi Güney Azərbaycanlı milli fəallara qarşı təqib və təzyiqləri davam etdirir. Dünya Ana Dili Günündən 20 gün keçməsinə baxmayaraq, şovinist rejimin xüsusi xidmət orqanları həbslərə ara vermir. Ötən həftənin sonu güneyli soydaşlarımızdan daha 4 nəfəri Tehranda saxlanılıblar.
Güney Azərbaycan xəbər saytlarının məlumatına görə, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı, blogger Mahmud Ocaqlı və milli fəal Rüstəm Kazımpur İranın təhlükəsizlik məmurları tərəfindən həbs ediliblər.
Təhlükəsizlik məmurları martın 9-da Mahmud Ocaqlı və Rüstəm Kazımpuru Tehrandakı iş yerlərində nəzarət altına alıblar. Güneyli fəalların hansı istiqamətə aparıldığı bəlli deyil. ETTELAAT məmurları Rüstəm Kazımpurun evinə gedərək, onun kompüter və digər şəxsi əşyasını müsadirə ediblər.
Bundan əvvəl isə Günaz TV milli fəal Həmid Mənafi Nadarlının həbs edildiyini xəbər verib. Nadarlı həmçinin fevralın 21-də İran polisi və təhlükəsizlik qüvvələrinin Ana Dili Günü ilə bağlı keçirilən toplantıya hücum etdikləri zaman rejimin məmurları tərəfindən döyülmüşdü.
Xatırladaq ki, fevralın 21-i Dünya Ana Dili Günündə nəzarət altına alınan fəallardan bir qismi sərbəst buraxılıb. Güneyli jurnalist və Oyan News saytının baş redaktoru Məcid Xoşəxtər "Amerikanın səsi"nə açıqlamasında həbs edilmiş güneyli fəallardan Əkbər Azad, Əlirza Fərşi və Mənsur Fəthinin hələ də həbsdə saxlanıldığını qeyd edib. Milli fəal İsrafil Sultaniyan isə mülki girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
Hüquq müdafiəçilərinin Güney Azərbaycanın xəbər saytlarına verdikləri məlumata görə, fevralın 20-də Dünya Ana Dili Günü münasibəti ilə Əhər şəhərində təşkil olunmuş toplantıda həbs edilmiş azərbaycanlı fəalların tanınmış şair və türk dili müəllimi İbrahim Savalan (Rəşidi) artıq Təbriz zindanına göndərilib. "OyanNews" saytının yazdığına görə, Xiyavdan olan milli fəal daha öncə Təbriz İnqilab məhkəməsi tərəfindən məhkum olduğu bir il həbs müddətini tamamlamaq üçün Əhər zindanından Təbrizin mərkəzi həbsxanasına köçürülüb.
Xatırladaq ki, Urmiyə Universitetinin məzunu və güneydə tələbə hərəkatının tanınmış simalarından olan İbrahim Savalan 2003-cü ildən bəri dəfələrlə nəzarət altına alınıb və Urmiyə, Təbriz, Əhər, Ərdəbil və Meşginşəhr (Xiyav) kimi şəhərlərin zindanlarında, habelə Tehranın Evin həbsxanasında saxlanıb.
Məlumat üçün bildirək ki, fevralın 20-də İranın təhlükəsizlik məmurları Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində Dünya Ana Dili Günü münasibəti ilə keçirilən mərasimə toplaşan 100 nəfərə yaxın güneyli fəalı nəzarət altına almışdı. Şərqi Azərbaycan vilayətinin Ədliyyə İdarəsi isə həmin mərasimdə 59 nəfərin həbs edildiyini təsdiqləmişdi.
Bununla bağlı Şərqi Azərbaycan Ədliyyə İdarəsinin veb səhifəsində rəsmi açıqlamada deyilir: "Əhər şəhərinin ümumi və inqilab məhkəməsinə istinadən, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərindən olan 59 millətçi Əhər şəhərində bir evdə toplanıb Ana Dili Gününü qeyd etdikləri zaman polis tərəfindən nəzarət altına alınıb. Polis və təhlükəsizlik qurumlarının hesabatı, eləcə də tutulanların keçmişini nəzərə alaraq onlara İran İslam Respublikasının təhlükəsizliyini pozmaq hədəfi ilə fəaliyyət göstərən təşkilatlar qurmaq və ya üzv olmaq ittihamı ilə məhkəmə işi açılıb".
Bundan başqa Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi azərbaycanlı fəallar Davud Əzimzadə və Bəhmən Xaliqi haqqında çıxarılan həbs qərarını təqdiqləyib. Vilayət Apelyasiya Məhkəməsinin 12-ci şöbəsi Əli Əmininin sədrliyi ilə məhkəmənin qərarını qüvvədə saxlayıb. Bundan öncə Marağanın inqilab məhkəməsi Davud Əzimzadəni 1 il qəti və 1 il şərti, eləcə də Bəhmən Xaliqini 6 ay qəti və 6 ay şərti həbsə məhkum edib. Hər iki fəal haqqında şərti həbs qərarı üçün 5 il vaxt təyin edilib. Milli fəallar ölkə təhlükəsizliyini pozmağa cəhd göstərən qrupda üzv olmaq kimi qondarma ittihamla suçlanıblar. maraqlıdır ki, onlar Marağada İranla işğalçı Ermənistanın əlaqələrinə qarşı keçirilən kütləvi etirazdan sonra təhlükəsizlik qüvvələri tərəfindən öz evlərində Marağa və Binab şəhərlərində yaxalanmışdılar.
Ana Dili Günü ərəfəsində yaxalanan azərbaycanlı milli-mədəni fəal Səid Hüseyni isə işgəncə altında saxlanılır. Parsabadda milli fəal Nasir Əbdulhüseynzadə ilə birlikdə yaxalanan Səid Hüseyni öz ailəsi ilə yalnız bir neçə saniyəlik telefon əlaqəsi saxlamağa nail olub. O atasına bildirib ki, gözləri bağlı halda saxlanılır. Bildirilir ki, Səid Hüseyni ağır işgəncə altındadır. İşgəncələr nəticəsində onun üz nahiyyəsinə ağır zədə alıb və üz-gözü göyərib. Bu səbəbdən də onunla görüşə icazə verilmir və hətta onu təkrar məhkəməyə də aparmayıblar. Adı çəkilən fəallar fevralın 17-də Parsabadda təhlükəsizlik qüvvələri tərəfindən tutulub və polis bölməsinin təcridxanasına, bir gün sonra isə ETTELAAT idarəsinə aparılıblar. Fəallar məcburi etiraf vermək üçün həm polis və həm də ETTELAAT idarəsində ağır işgəncəyə məruz qalıblar. Onlar həmin gün ETTELAAT idarəsindən məhkəməyə, sonra isə məcburi etiraf almaq məqsədi ilə yenidən ETTELAAT idarəsinə intiqal edilib. Fəallar istintaq altında təhqirlərə məruz qalıblar və əl-ayaqları bağlı saxlanılır. Onlar tutulduqdan iki gün sonra əl-ayaqları qandallı şəkildə Parsabad məhkəməsinə aparılıb, hakim qondarma ittihamlar irəli sürdükdən sonra saxlanılma qərarı çıxarıb. Bundan sonra fəallar Ərdəbilin mərkəzi zindanının yanındakı ETTELAAT idarəsinin təcridxanasına intiqal edilib.
Yalnız fevralın 26-da həbsxana işçilərindən biri Səid Hüseyninin atasına, övladlarının 1 gün saxlanıldıqdan sonra naməlum istiqamətə aparıldıqlarını bildirib. Ondan sonra bütün cəhdlərə baxmayaraq fəalların harada və hansı şəraitdə saxlanıldıqları barədə məlumat olmayıb.
Təkcə Dünya Ana Dili Günü ilə bağlı keçirilmiş mərasimlər zamanı tutulanlar deyil, elə Urmiya gölünün qurudulmasına etirazlar zamanı saxlanılmış fəallar da işgəncələrə məruz qalırlar. Məsələn, 2011-ci ilin yayında Urmiya gölü ilə bağlı keçirilən kütləvi etirazlarda yaxalanan və sonradan zəmanətlə buraxılan 7 fəal bu günlərdə yenidən məhkəməyə cəlb edilərək, barələrində şallaq və həbs qərarı çıxarılıb. Ərdəbilin ümumi məhkəməsi Murtaza Pərvin, Xaliq Əkbərzadə, Tağı Puriskəndər, Əli Babayi, Nəsrullah Vəlizadə, Babək Cavanşir və Mehdi Üsuləddi barəsində ümumi asayişi pozmaq ittihamı ilə hökm çıxarıb. Hökmə əsasən fəalların hər biri 91 gün həbs və 50 zərbə şallağa məhkum edilib. Şərti qərarın icrası üçün 5 il vaxt təyin edilib.