
Güney Azərbaycanın qərbində yerləşən kəndin məktəbində (mədrədə) baş verən yanğın hadisəsinin acı nəticələri hələ də aradan qalxmayıb.
Yanğın 2012-ci il dekabrın 5-də (1391-ci il azərin 15-də) Qərbi Azərbaycanın Piranşəhr şəhərinin ŞinAbad kəndində qeyri-standard istilik sistemindən dolayı baş verib. Həmin hadisədə 28 qız şagirdi yaralanmışdır. Onlardan 12-i ağır xəsarət alıb, 2-i isə həlak olmuşdur.
Məlumata görə, məktəblilər (danış amuzlar) hələ də yetəri qədər müalicə olunmayıb və Təhsil Şöbəsi onların müalicəsi üçün lazımi dəstəyi vermir. O üzdən azərbaycanlı məktəblilər fevralın 28-də (isfəndin 9-da) öz ailələri ilə birlikdə Tehranda Təhsil Nazirliyi (Vizarət-i Amuzeş və Pərvəreş) qarşısında toplaşaraq, bu vəziyyətə öz etirazlarını bildiriblər.