Köç karvanı Xocavənd kəndinə çatıb, açarlar təqdim edilib - FOTO
Tərbiyə məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur
30 May 2020 11:41
9 310
Qadınlardan ibarət milli komandalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarının yeni təqvimi bəllidir.
Koronavirus pandemiyası səbəbindən təxirə salınan Polşa - Azərbaycan qarşılaşmasının məkanı da artıq müəyyənləşib.
Koronavirus pandemiyası səbəbindən aprelin 9-dan oktyabrın 23-nə keçirilən görüş Qdnyada olacaq. Komandalar həmin gün 15 min tamaşaçı tutumuna malik olan GOSİR stadionunda üz-üzə gələcəklər.
Qeyd edək ki, AVRO-2021-in seçmə mərhələsində D qrupunda yer alan Azərbaycan millisi yeni təqvimə əsasən sentyabrın 16-da Moldova, 22-də İspaniya ilə evdə, oktyabrın 23-də Polşa, 27-də isə Çexiya ilə səfərdə qarşılaşacaq. Millimiz qrupda keçirdiyi ilk 4 oyunda xal toplaya bilməyib.