“Traxtur” komandası yenə də cərimələnib Dünya

“Traxtur” komandası yenə də cərimələnib

Təbrizin "Traxtur" futbol komandası Azərbaycan və "Traxtur"un düşməni kimi tanınan İranın Futbul Federasyonunun İnzibati Komitəsi tərəfindən cərimələnib. İnzibati Komitə "Traxtur"un cəzalandırılmasını komanda tərəfdarlarının guya Fəğanini təhqir etmələri ilə əlaqələndirib. İnzibati Komitənin Federasyonun rəsmi saytında yayımlanan rəyində belə qeyd olunur: "İyulun 31-də (mordadın 9-da) keçirilən "Traxtur-Neft" müsabiqəsində "Traxtur" tərəfdarları ötən super liqa müsabiqələrində bu komandanın oyununda hakimlik edən hakimi təhqir ediblər. Buna görə və inzibati ayinnamənin 79 maddəsinə əsasən "Traxtur" klubu 50 milyon rial cəriməyə məhkum edilir." Bildirək ki, Fəğani ötən super liqa rəqabətlərinin son müsabiqəsində "Traxtur"la "Neft" arasında keçirilən müsabiqədə hakim olub. Onun Azərbaycan komandasına qarşı qərəzli qərarları və Futbol Federasyonunun planı nəticəsində super liqa çempionluğu "Traxtur" komandasından alındı. Qalmaqallı "Traxtur-Neft" müsabiqəsində baş verən hadisələri araşdıram komitə rəsmən elan edib ki, Fəğani bu oyunda nəticəyə təsir edən yalnışlıqlara yol verib.