Ərdoğandan sərt mesaj Dünya

Ərdoğandan sərt mesaj

"Hərbi əməliyyatlar davam etdiriləcək"

Cavid

"Terror təşkilatı ölkəmizdən çıxarılana qədər. Dövlətimizə, millətimizə tuşlanan silahlar atılıb, basdırılına qədər … Bunu israrla deyirəm… Üzərinə beton dökülənə qədər, sərhədlərimizin içində tək bir terrorçu qalmayana qədər mübarizəmizə davam edəcəyik".Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident Suruçdakı terror aktında 33 nəfərin öldürüldüyünü xatırladaraq, terror təşkilatlarının Türkiyəni İraq, Suriyanın vəziyyətinə salmağı planladıqlarını deyib: "Suruçdan sonra yeni bir terror dalğasına məruz qaldıq. Polislərimiz, əsgərlərimiz, rəsmi qurumlarımız hədəf alındı. Şəhidlər verdik. Terrorçuların ölkəmizdə xaos yaratmaq istədiklərini, Suriyadakı alovu, İraqdakı istiqrarsızlığı ölkəmizə gətirmək istədiklərini bilirik. Biz isə bütün bunlara qarşı ağıllı, hikmətli, əzmli duruşumuzu davam etdiririk".

"Sİlahların üzərinə beton tökülənə qədər"

Ərdoğoğan, terrorçuların ciddi itkilər verdiklərini deyərək, İŞİD-ə qarşı ciddi əməliyyatlar həyata keçirdiklərini bildirib. Prezident, PKK-nı, İŞİD-i nəzərdə tutaraq, terror təşkilatları arasında heç bir fərqin olmadığını vurğulayıb: "Məqsədləri nə olur olsun, bizim üçün terror təşkilatı, terror təşkilatıdır. Bir tərəfdən terrorla mübarizəmiz davam edir, digər tərəfdən hüquqi dövlətdən, demokratiyadan güzəştə getmirik. Terror təşkilatını ölkəmizdən çıxarılana qədər. Dövlətimizə, millətimizə tuşlanan silahlar atılıb, basdırılına qədər … Üzərinə beton dökülənə qədər, sərhədlərimizsə tək bir terrorçu qalmayana qədər mübarizəmizə davam edəcəyik. Əldə etdiyimiz uğurlar millətimiz tərəfindən müsbət qaşılanarkən, bu vəziyyətin, inkişafın kimlərisə ciddi narahat etdiyini bilirik. Türkiyənin inkişafından, böyüməsindən ən çox terror təşkilatı narahat oldu. Türkiyə qazanarkən onlar itirirdi. Etnik, dini həssas məsələləri qaşıyaraq siyasətlə məşğul olanlar, hərəkətə keçdilər. Son bir ay bu ölkədə kimlərin demokratiya, azadlıq istədiyini, kimlərin də bu anlayışları istismar etdiyini bir daha gördük".

"Terrorla mübarizə demokratiyanın, hüququn ən vacib şərtidir"

Bu gün terrorçulara dəstək verən bəzi syasətçilərin, terror təşkilatların məsuliyyətlərini öz üzərlərinə götürərək etiraf etdikləri terror aktlarını belə hökumətin, şəxsən prezidentin üzərinə atmağa çalışdıqlarını deyən Ərdoğan, o siyasətçilərin terrorçularla şərik olduqlarını bildirib: "Görürük ki, silahı buraxmayan terror təşkilatına bir dəfə də olsun şiddətin çıxış yolu olmadığını deməyə cəsarət etməyənlər, bu gün terrorçulara qarşı əməliyyatlara qarşı çıxırlar. Biz milli birlik və qardaşlıq layihəsi istəyərkən millət kimi bir olaq, böyük olaq, qardaş olaq dedik. Və atəşkəs müddətini, danışıqları başlatdıq. Təəssüf ki, onlar bunu anlamadılar. Həm terror təşkilatı, həm onin siyasi qanadı bu fürsəti dəyərləndirə bilmədi. Heç bir dövlət torpaqları üzərində öz qanuni hakimiyyətindən kənarda, paralel bir dövlətin qurulmasına icazə verə bilməz. Bizi tənqid edənlər, bu edilənlərin heç birinin bir qərb ölkəsində nümunəsini göstərə bilməz. Terrorla mübarizə demokratiyanın, hüququn ən vacib şərtidir".
Terrorun bu gün yaratdığı vəziyyət Türkiyənin öz hədəflərinə çatmasına əngəl olduğunu deyən Ərdoğan, "digər əngəllərin öhdəsindən gələ bildiksə, bunun da öhdəsində gələcəyik" deyə vurğulayıb.

"Erkən seçim" mesajı

Türkiyə pezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökmətin qurulması üçün verilən 45 günlük müddəti uzatmayacağını açıqlayıb. Bu isə müxalifət partiyalarla koalisiya görüşlərinin fonunda verilən "təkrar seçkilər" mesajı kimi dəyərləndirilib.
AKP ilə CHP arasında koalisiya müzakirələri mövsusunda açıqlama verən prezident sərt danışıb. Ərdoğan onu konstitusiyaya sadiq qalmağa çağıranların, özlərinin konistitusiyadan xəbərsiz olduqlarını, onların öncə öz ünvanlarını öyrənmələrinin lazım olduğunu deyib. Və bildirib ki, koalisiya görüşlərini yaxından izləyir, tezliklə höumət qurulmalıdır: "Baş nazirə hökuməti qurmaq üçün təlimat vermişəm. CHP ilə görüşləri davam edir. Həftə sonu yeni görüşlər olacaq. Ümid edirəm xeyirli olar. Digər tərəfdən MHP ilə görüşlər də var. Prosesləri izləyirəm. Ölkə qətiyyən hökumətsiz, başsız qalmamalıdır. Höumət qurmaq üçün verilən 45 günlük müddəti uzatmayacam".

XƏBƏRLƏR