“Türkiyə nə etsin?” Dünya

“Türkiyə nə etsin?”

Elxan Şahinoğlu: "Avropa Birliyi bir neçə on min qaçqını qəbul edib yerləşdirməyi böhran adlandırır"

"Qoca Avropa elə bilirdi ki, Suriya və İraqdakı qaçqınların onlara dəxli yoxdur, "qoy qonşu Türkiyə və İordaniyada yerləşsinlər, bundan bizə nə?" deyirdi. Avropa Şərqdəki müharibələri kənardan izləyir, özünü sığortalamağa çalışırdı. Ancaq bir gün suriyalı, iraqlı qaçqınlar daha uzaqlara - Avropa ölkələrinə getməyə qərar verdilər". Bu fikirləri politoloq Elxan Şahinoğlu öz facebook statusunda yazıb. O, həmçinin əlavə edib ki, Avropa Birliyi bir neçə on min qaçqını qəbul edib yerləşdirməyi böhran adlandırır, əldən düşən qaçqınları məcburi şəkildə geri - müharibənin içinə və səfalətə göndərmək istəyir: "Bəs onda milyonlarla suriyalını qəbul edib ölkəsində yerləşdirən, onları qida və yaşayışla təmin edən Türkiyə nə etsin?"