Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Avrozonanın demokratikləşdirilməsi problemi

Avrozonanın demokratikləşdirilməsi problemi Dünya

Avrozonanın demokratikləşdirilməsi problemi

Avropa kommunist Çinindən daha məsul bir rəhbərliyə layiq deyilmi?

Cavid

Şekspirin "Makbet" pyesinin qəhrəmanı kimi siyasətçilər də çox vaxt keçmişdəki səhvlərinin üstünü örtmək üçün yeni səhvlər edirlər və bu, işə yarayır. Bu standartla dəyərləndirsək, sabit demokratiyaya sahib 19 ölkədən ibarət olan avrozona dünyanın ən böyük qeyri-demokratik iqtisadiyyatından geri qalır. Yunanıstanın Syriza partiyasını parlamentdə təmsil edən keçmiş maliyyə naziri Yanis Varufakis "Project-Syndicate"də yazır ki, 2008-ci ilin qlobal maliyyə böhranından sonra Çin siyasətçiləri düz yeddi il ölkənin xalis ixracına olan tələbi ölkə daxilində investisiyaların artırılması ilə əvəzləməyə çalışdılar. Bu ilin yayı hesablaşma vaxtı gəldikdə isə Çin liderləri fond bazarının dağılmasının qarşısını almaq üçün çətinliklə qazanılmış valyuta ehtiyatlarından 200 milyard dollar xərcləməli oldu. Çin hökumətinin faiz dərəcələri və fond dəyərlərinin aşağı düşməsinə imkan verərək səhvlərini düzəltmək üçün göstərdiyi cəhd Avropa İttifaqı ilə müqayisədə sürət və effektivlik üçün əsl nümunə kimi görünür. Əslində, Yunanıstanın uğursuz "fiskal konsolidasiya və islahat proqramı" və Aİ liderlərinin proqramın uğurlu olmayacağını göstərən beş illik sübut olmasına baxmayaraq, proqramdan əl çəkməməsi Avropada idarəetmənin uğursuz olacağının göstəricisidir. Bunun isə dərin tarixi kökləri var. 1990-cı illərin əvvəli Avropa Valyuta Kursu Mexanizminin (ing. "European Exchange Rate Mechanism") çökməsi Aİ liderlərinin bu sistemi gücləndirmək qətiyyətini artırdı. Planın davamsız olacağı özünü nə qədər çox göstərirdisə, rəsmilər o qədər çox plandan yapışırdılar. Yunanıstanın irəli sürdüyü "proqram" Avropanın siyasi fəaliyyətsizliyinin daha bir nümunəsidir. Son beş ildir, iqtisadi siyasətin müəyyənləşdirilməsində gülünc səhvlərə yol verilib. Siyasi səhvlərin siyahısının sonu, demək olar, görünmür: 2008-ci ilin iyulu və 2011-ci ilin aprelində Avropa Mərkəzi Bankı tərəfindən faiz dərəcələrinin qaldırılması; iqtisadiyyatı böhran vəziyyətində olan ölkələrdə ən sərt qənaət tədbirlərinin görülməsi; müvafiq əmanət-siğorta planı olmayan bank ittifaqı.
Bəs Avropalı siyasətçilər vəziyyətdən necə çıxa bilərlər? Hər şeydən əvvəl, onların siyasi fəaliyyətlərinə görə hesabat verməmələri təkcə rəsmilərin ən azından Konqres qarşısında məsuliyyət daşıdığı ABŞ-la yox, eyni zamanda Çinlə kəskin ziddiyət təşkil edir. Yuxarıdakı sualın cavabı Avropanın parçalanmış və qeyri-rəsmi xarakter daşıyan valyuta birliyindədir. Çin rəsmiləri demokratik yolla seçilmiş bir parlament və ya konqres qarşısında cavab verməyə bilər, ancaq dövlət rəsmilərinin birləşdiyi vahid bir orqan var. Bu da rəsmilərin yol verdikləri səhvlərə görə cavab verməli olduqları daimi komitə sayılan Siyasi Bürodur (Politburo). Avrozona isə üzv dövlətlərin maliyyə nazirləri ilə AMB-nin nümayəndələrindən təşkil olunmuş qeyri-rəsmi "Eurogroup" tərəfindən idarə olunur. "Eurogroup"un daxil olduğu iqtisadi proqramların müzakirəsinə Beynəlxalq Valyuta Fondu da qoşulur. Yalnız bu yaxınlarda Avropa vətəndaşları Yunanıstan hökumətinin kreditorları ilə gərgin danışıqlar aparması nəticəsində anladılar ki, dünyanın ən böyük iqtisadiyyatına sahib olan avrozona yazılı prosedur qaydaları olmayan, mühüm məsələlərin müzakirəsini "məxfi" şəkildə aparan və Avropa Parlamenti də daxil olmaqla, heç bir qurum qarşısında cavab verməyə məcbur olmayan bir orqan tərəfindən idarə olunur.
Yunanıstan hökuməti ilə "Eurogroup" arasındakı qarşıdurmanı Yunanıstanın solçuları ilə Avropanın mühafizəkarları arasında toqquşma hesab etmək isə yanlış olardı. Bizim "Afina Baharımız" daha dərin bir şey, kiçik bir Avropa ölkəsinin təkcə Yunanıstanda yox, qitənin digər yerlərində də bir, bəlkə də, daha çox nəslin ümidlərini məhv edən uğursuz siyasətə qarşı çıxmaq haqqı uğrunda mübarizə idi. Afina baharının məhv edilmə səbəblərinin Yunanıstan hökumətinin solçu siyasəti ilə heç bir əlaqəsi yox idi. Aİ sağlam düşüncə ilə müəyyənləşdirilən strategiyaları dəfələrlə rədd edib və qınayıb. Mən Yunanıstanın maliyyə naziri kimi vergi bazasını genişləndirmək, gəlirləri artırmaq və ölkənin zəifləmiş iqtisadiyyatını canlandırmaq üçün satış, gəlir və korporasiya vergisi üzrə dərəcələrin azaldılması təklifini irəli sürdüm. Ronald Reyqanın davamçıları olsaydı, mənim planımı dəstəkləyərdilər. Aİ isə hər üç vergi üzrə dərəcələrin artırılmasını tələb etdi. Beləliklə, əgər Yunanıstanın Avropalı kreditorları ilə mübarizəsi solçu və sağçı qarşıdurması deyildisə, nə idi? Avropa rəsmiləri etdikləri səhvə görə heç bir suveren orqana hesabat verməli olmadıqlarına görə sudan quru çıxırlar. Avrozonanın demokratikləşdirilməsi üçün ilk addım olaraq siyasi sisteminin yenidən qurulması istiqamətində səy göstərmək Avropanın effektivliyini artırıb, yol verdiyi ədalətsizlikləri azaltmaq istəyənlərin boynuna düşür. Hər şey bir yana, Avropa kommunist Çinindən daha məsul bir rəhbərliyə layiq deyilmi?