“Türkiyənin hərbi sənaye gücü regionda tarazlığı dəyişir” Dünya

“Türkiyənin hərbi sənaye gücü regionda tarazlığı dəyişir”

“Türkiyə kifayət qədər hərbi sənaye məhsulları ilə zəngin ölkədir. Bu gün Türkiyənin pilotsuz uçuş aparatları sahəsindəki dominant mövqeyi bütün dünyaya bəllidir”.

Bunu politoloq Tural İsmayılov “xalqcebhesi.az”a açıqlaması zamanı söyləyib.

O bildirib ki, Türkiyə regionun və qlobal siyasi məkanın ən vacib ölkələrindən biridir və müxtəlif dövlətlərlə təkcə siyasi deyil, həm də hərbi sənaye sahəsində əməkdaşlıqlar qurur: “Əgər bu gün Türkiyə ilə Böyük Britaniya arasında hərbi sənaye sahəsində hər hansı bir müqavilə imzalanıbsa, bu o demək deyil ki, Türkiyə həmin addımı hansısa dövlətə qarşı atıb. Türkiyənin artan çəkisi və nüfuzu fonunda bəzi qlobal imperialist dairələr bundan narahat olur və müxtəlif yazılar, dırnaq arası ‘analitik məqalələrlə’ bu gücə qarşı addımlar atdıqlarını nümayiş etdirməyə çalışırlar. Amma fakt ondan ibarətdir ki, Türkiyə bu gün öz hərbi sənayesinin gücünə görə seçilir”.

Politoloq əlavə edib ki, Türkiyə təkcə öz istehsalı ilə deyil, dünyanın bir sıra ölkələri ilə bağladığı fərqli müqavilələrlə də diqqət çəkir: “Bu baxımdan Türkiyənin atdığı addımları guya hansısa ölkəyə qarşı yönəlmiş kimi təqdim etmək doğru deyil”.

Günel Elxan