Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
28 Oktyabr 2025 13:40
8 694
“Türkiyə bölgədə hərbi baxımdan bütün ölkələrdən güclü dövlətlərdən biridir və bir çox silah növlərini artıq özü istehsal edir”.
Bunu deputat Elşad Musayev “xalqcebhesi.az”a açıqlamasında deyib.
O bildirib ki, Türkiyənin qarşısında duran əsas məsələlərdən biri hava sahəsində üstün mövqe qazanmaqdır: “Bu istiqamətdə Türkiyənin yerli qırıcı təyyarəsini yaxın vaxtlarda istifadəyə verməsi gözlənilir. Hazırda ölkə ABŞ-dan F-16 və F-35 tipli qırıcı təyyarələr almağı planlaşdırır. Lakin bu məsələ, müəyyən danışıqlara baxmayaraq, hələlik düyünə düşüb. Buna görə də müxtəlif alternativlər müzakirə olunur. Böyük Britaniyadan hərbi təyyarə alınması, eləcə də Pakistan və Çin istehsalı olan qırıcıların təhlili gündəmdədir”.
Deputat qeyd edib ki, hələlik konkret qərar verilməyib: “Əgər ABŞ-la F-35 və ya modernizə edilmiş F-16-lar barədə razılaşma əldə olunmasa, Türkiyə, təbii ki, alternativ variantlardan istifadə edəcək”.
Günel Elxan
11 Sentyabr 18:20
924
11 Sentyabr 18:11
896
11 Sentyabr 18:05
882