ABŞ-da naməlum şəxs hərbi bazada atəş açıb Dünya

ABŞ-da naməlum şəxs hərbi bazada atəş açıb

Fort-Hud hərbi bazasında atəş açan naməlum kişi özünü öldürüb, insident zamanı ümumən 4 nəfərin öldüyü bildirilir.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, silahlı insident nəticəsində daha 1 nəfər ölüb, 14 nəfər yaralanıb.
Onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.
Atışma hərbi tibb mərkəzinin binası yaxınlığında baş verib. Hadisəni törədənin şəxsiyyəti, cinayətin motivi barəsində hələ ki açıqlama verilmir.
Bununla belə, ABC telekanalının öz mənbələrinə istinadən verdiyi məlumata görə, ölənlərin sayı artıq 4 nəfərə çatıb.