
Üzeyir Cəfərov: "Bu, Ankaranın müttəfiqlərinin heç də xoş qarşılıyacağı xəbər deyil"
Son günlər rus mətbuatında Türkiyədəki İncirlik hərbi bazasının Rusiyanın Kosmik Qüvvələrinin sərəncamına veriləcəyi ilə bağlı fikirlər yer almaqdadır. Maraqlıdır, İcnirlik bazasının Rusiyanın Kosmik Qüvvələrinin sərəncamına verilməsi Rusiyanın regiondakı hərbi mövcudluğunu gücləndirə bilərmi?
Məsələ ilə bağlı açıqlama verən "Hərbi" Jurnalistlər İctimai Birliyinin rəhbəri Üzeyir Cəfərov Türkiyədəki 15 iyul qiyamından Rusiyanın yarralanamqda davam etdiyi vurğuladı:
"Son vaxtlar ən çox diqqətimi cəlb edən mənzərələrdən biri budur ki, 15 iyul məlum Türkiyə hadisələrindən ən çox yararlanan ölkə Rusiya Federasiyasıdır. Rəsmi Moskva son dövrlər, xüsusən də Ukrayna ilə yaşanan ərazi işğalı problemi ilə bağlı üzləşdiyi istisadi və siyasi sanksiyaları deyəsən Türkiyənin hesabına kompensasiya etməkdə böyük uğura imza atmaqda davam edir. Məlum təyyarə vurulmasına görə rəsmi Moskva ilə rəsmi Ankara arasında olan gərginlikdən demək olar ki, heç bir əsər-əlamət qalmayıb. Tərəflər artıq bir-birinə dost, strateji müttəqfiqlər kimi müraciətlər edir. Necə deyərlər, xeyirli, uğurlu olsun. Amma məni bir məsələ çox narahat edir ki, Rusiya ilə yaxınlaşmaqda davam edən Türkiyə, sürətlə öz uzun illər müttəfiqi olmuş NATO və digər Avropa ölkələrindən bir o qədər sürətlə uzaqlaşmaq siyasəti yurudur. Bu isə çox təhlükəlidir. Rusiya Türkiyənin yumşaq damarını tutub maksimum onu həm NATO-dan uzaq durmağa çalışır, həm də öz hərbi-siyasi iddialarını gerçəkləşdirməkdə son dərəcə israrlıdır. İndi də Türkiyənin İncirlik bazasını həm də Rusiyanın Kosmik Qüvvələrinin istifadəsinə veriləcəyi ilə bağlı xəbərlər yayılır. Mənə elə gəlir ki, bu qərar rəsmi Ankaranın müttəfiqlərinin heç də xoş qarşılıyacağı xəbər sayıla bilməz. Ruslar aktiv şəkildə həm Türkiyə ərazisində, həm İranda, bütövlükdə regionda öz hərbi maraqlarını genişləndirməyə çalışır, bu da sözsüz ki, onsuz da olan gərginliyin üzərinə əlavə bir yük gətirmiş olacaqdır. Dəfələrlə qeyd etdiyim kimi, subyektiv səslənsə də, bir daha təkrarlamaq istərdim ki, Türkiyə baş verən hadisələrdə son dərəcə düşünülmüş və ağıllı addımların tərəfində olmağı bacarmalıdır".