Türkiyə-ABŞ qapalı görüşünün təfərrüatı Dünya

Türkiyə-ABŞ qapalı görüşünün təfərrüatı

Əl Babda hansı şəkildə mübarizə apardıqsa, Rakkada da həmin üsulla əməliyyatlar keçirəcəyik. Bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ vitse-prezidenti Mayk Pens ilə qapalı keçən görüşündən sonra deyib. "Rakkada Azad Suriya Ordusuna dəstək verən hərbi qüvvələrimiz var. Çox güman ki, onlar da əməliyyata dəstək verəcəklər. Artıq ABŞ rəhbərliyi ilə yeni bir səhifə açırıq. ABŞ-a dedik ki, biz Əl Babdan sonra keçiriləcək əməliyyatlara da başlamağa hazırıq. Ancaq bir şərtlə ki, digər terror qruplaşmaları bu əməliyyatın içində yer almasın. Zənnimcə, bu şərtimizi müzakirə edib qərar verəcəklər", - Yıldırım bildirib.
Mayk Penslə Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsini də müzakirə etdiklərini qeyd edən baş nazir bunları deyib: "ABŞ tərəfi bizə bildirdi ki, bu, hüquqi bir məsələdir, lakin razılıqlara uyğun olaraq, məsələnin həllinə ciddi şəkildə çalışacaqlar. Əvvəlki ABŞ rəhbərliyi "Bu, məhkəmənin işidir" deyirdi. Ancaq indi FETÖ mövzusuna fərqli yanaşırlar".