Trampın Duterteni Vaşinqtona dəvət etməyi Qərbdə qalmaqal qoparıb Dünya

Trampın Duterteni Vaşinqtona dəvət etməyi Qərbdə qalmaqal qoparıb

Donald Tramp Filippin prezidenti Rodriqo Duterteni Vaşinqtona dəvət etməklə tamamilə gözlənilən qalmaqal qopardıb. Dünyada aşkar şəkildə məhkəməsiz hesablaşmağa və insan haqları və azadlığını açıqca saymayan milli liderlər az-az tapılar. Amerika prezidenti bu addımla hansı hədəfi güdə bilər?
Vzqlyad.ru yazır ki, Donald Tramp özünün idarə olunmaz və sistemdənkənar, öz ağlı ilə hərəkət edən və nişanladığı hədəfə sarı özbaşına irəliləyən oyunçu nüfuzunu möhkəmləndirməyi davam etdirir. ABŞ prezidenti Koreya yarımadasında davam edən kəskinləşmə çərçivəsində Asiya-Sakit okean bölgəsindəki (ASB) həmkarları ilə bir sıra telefon danışıqları aparıb və bəzilərini, xüsusən də Tailandın baş nazirini ABŞ-a səfərə dəvət edib.
Lakin qalmaqal Trampın Filippin prezidenti Rodriqo Duterte ilə etdiyi "olduqca dostcasına" telefon söhbəti və Ağ Evdə olmaq təklifindən sonra yaranıb. Neqativ rezonansın səbəbləri aydındır. Duterte çağdaş dünyada ən qalmaqallı və xoşagəlməz milli liderlərdən biridir. Onun narkotiklərin yayılmasına qarşı mübarizə üsulları çoxlarını təkcə qəddarlığı ilə deyil, həm də birbaşalığı ilə şoka salır. 2016-cı ilin iyunundan – Dutertenin prezident vəzifəsinə başladığı andan – narkotiklərin yayılmasına qarşı mübarizə çərçivəsində asayiş keşikçilərinin əlindən 2 mindən çox adam həlak olub, daha beş min nəfər drujinaçılar tərəfindən öldürülüb. Filippin başçısı bu kampaniyanın ilhamvericisidir və narkomanları, narkotacirləri açıqca öldürməyə çağırır.
Burası da var ki, Dutertedə məhkəməsiz divan tutmağa kin və hazırlıq narkotik dairələrindən daha genişdir. O, aprelin axırında bildirib ki, duzu və sirkəsi olsa, "Əbu Səyyaf" terrorçu qruplaşmanın başçılarından birinin qara ciyərini yeməyə hazırdır. Associated Press informasiya agentliyi xəbər verib ki, Duterte Davao şəhərinin meri olarkən məhvetmə komandassı deyilən dəstəyə pul ödəyib və cinayətkarları öldürmək sərəncamı verib. Filippin prezidenti həmçinin əvvəllər bildirib ki, Davao meri olarkən cinayət həyata keçirməkdə şübhəli bilinənləri şəxsən öldürüb və korrupsiyalaşmış məmurları helikopterdən atmağa hazırdır. Çünki keçmişdə bunu edib və öz hərəkətlərindən şübhələnmir.
Təəccüblü heç nə yoxdur ki, bu cür əqidə və gerçəkləşdirilən praktika müqabilində Rodriqo Duterte liberal Qərb dünyagörüşü və dünya meynstrimi (ingiliscə: əsas cərəyan-tərc.) üçün ən qəbuledilməz simalardan biridir. Donald Tramp tərəfindən onun Vaşinqtona dəvət edilməsi tamamilə gözlənilən hiddət qasırğası doğurub. ABŞ prezidentinin bu addımı Dövlət Departamenti ilə razılaşdırmadığı haqda məlumat verən "New York Times" qəzeti tonqala benzin töküb. Belə ki indi Amerika administrasiyası insan haqları və qanunu kor qəpiyə saymayan Duterteni Ağ Evə dəvət etdiyinə görə hüquq müdafiəçiləri və liberallar tərəfindən irimiqyaslı tənqid dalğasına hazırlıq görür.
Müvafiq sual verilmiş (Tramp administrasiyası üçün Dutertenin insan haqlarını pozmağının Ağ Ev üçün önəmsiz olduğu haqda) Ağ Ev aparatının rəhbəri Rayns Pribas öz növbəsində söhbəti Koreya yarımadasındakı geopolitik gərginlik və KXDR probleminin həlli üçün maksimal sayda tərəfdaşlarla qarşılıqlı fəlaiyyətin zəruriliyi haqda mövzuya keçirib.
Getdikcə aydın təəssürat yaranr ki, bütün çətinliklər və Amerika isteblişmentinin daxilindəki müqavimətə baxmayaraq Donald Tramp ABŞ-ın xarici siyasətə yanaşımının dəyişilməsi üçün öz xəttini inadla yeridir. Amerika prezidenti real politikin, yəni ideoloji "qabıq"dan azad praqmatik yanaşmanın qatı tərəfdarıdır.
Filippin (lideri Vaşinqtona dəvət edilmiş Tailand kimi) ənənə üzrə – coğrafi yerləşim üzündən – ABŞ-ın bölgədə ən mühüm müttəfiqidir. Hər iki ölkə ilə son dərəcə dostluq münasibətləri bu dövlətləri demokratik hüquqları və vətəndaşların azadlığını pozmaqda ittiham edən Barak Obama administrasiyası dönəmində hiss olunacaq dərəcədə sarsılmışdı.
Tramp (Tailand hökumətinin başçısı) general Çan-Oçanı da, Rodriqo Duterteni də dəvət etməklə bir dönüşlə ABŞ-ı istisnasız olaraq mənfəət və itkinin, imkan və təhdidlərin önəm kəsb etdiyi xarici siyasət praqmatizminə qaytarır, qərarlar qəbul edilərəkən isə ideoloji üstün tutmalar nəzərə alınmır. Mahiyyətcə, Donald Tramp Duterteni dəvəti ilə bütün dünyaya bildirir ki, Amerika açıq şəkildə köhnə, yaxşı prinsipinə dönür... Köhnə müttəfiqin çoxyönlü oyuna başaldığı bir vaxtda bu, xüsusən aktualdır və onu artıq dünyanın o biri başında görüşə gözləyirlər.