Avropanın daha bir ölkəsi parçalanma ərəfəsində Dünya

Avropanın daha bir ölkəsi parçalanma ərəfəsində

Kataloniya hökuməti ölkənin özünü müstəqil elan edəcəyi ilə bağlı xüsusi sənəd hazırlayıb. Sənədə əsasən, əgər İspaniya hökuməti Kataloniyaya müstəqilliyi ilə bağlı referendum keçirməsinə izn verməsə, o zaman region özünü rəsmən parlamentli respublika elan edəcək. Sənəddə həmçinin Kataloniyanın müstəqil olacağı təqdirdə belə Avropa Birliyinin tərkibində qalacağı bildirilib.
Sənədlə bağlı açıqlama yayan Kataloniya hökumətinin sədri Karlos Puçdemon bu referendumun məqsədinin İspaniyanın məhvi olmadığını bildirib: "Bizim tələblərimiz tam olaraq konstitusiyaya uyğundur. Burada söhbət İspaniyanın məhv edilməsindən yox, Kataloniyanın öz taleyini müəyyənləşdirməsindən gedir. İspaniya bizimlə təhdid dilində danışmamalıdır".