“İslamın mülayimi, sərti yoxdur” Dünya

“İslamın mülayimi, sərti yoxdur”

İslamın mülayimi, sərti yoxdur. İslam təkdir.
Bunu Gənc Qadın Liderlər konfransında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
"Mülayim islam anlayışının patenti Qərbə aiddir. O ifadədən istifadə edən şəxs bunun özünə aid olduğunu düşünə bilər. Xeyr, bu sənə aid deyil! 15 il öncə Avropa Birliyi ölkələrinə səfər edəndə məndən "mülayim islamı" soruşmuşdular. İslamın mülayimi, sərti olmaz. İslam təkdir. Heç kim islamı zəifliyin içinə çəkməyə cəhd etməsin. İslamı zəiflətmək istəyirlər. Qərbin söylədikləri ilə biz dinimizi öyrənmədik və öyrənmirik", – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkədə reformlara başlayacağını bildirib. O, ölkəsinin yenidən mülayim islama geri dönəcəyini və ifratçılığın yox ediləcəyini söyləyib.